Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyi — Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında diplomatik nümayəndəliyi. Səfirlik London şəhərində yerləşir.

Tarixi |thumb|left|Səfirliyin qarşısında Azərbaycan və ingilis dillərində Azərbaycanın Dövlət gerbinin təsviri olan lövhə Böyük Britaniya Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 11-də qurulub. 1993-cü ilin sentyabrında Bakıda Böyük Britaniya səfirliyi, 1994-cü ilin yanvarında isə Londonda Azərbaycanın səfirliyi açılıb.

1992-ci ildən Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, NATO və s. kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx ikitərəfli tərəfdaşlıq və əməkdaşlıq mövcuddur.

Səfirlər

Mahmud Məmmədquliyev — 25 noyabr 1993 – 25 may 2001AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Fəxrəddin Qurbanov — 20 avqust 2007 – 9 iyul 2014 Tahir Tağızadə — 9 iyul 2014 – 26 iyul 2021 Elin Süleymanov — 26 iyul 2021 - hazırda

Həmçinin bax

Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin siyahısı Azərbaycan–Böyük Britaniya münasibətləri Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi

Xarici keçidlər Official site

Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri Kateqoriya:Azərbaycan–Birləşmiş Krallıq münasibətləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Diplomatik nümayəndəliklər

İstinadlar