Hottentotta tamulus — həmçinin Hindistanın Qırmızı Əqrəbi və Şərqi Hindistan Əqrəbi olaraq bilinən, Buthidae ailəsinə aid əqrəb.
Tarix Bu növ 1798-ci ildə J. C. Fabricius tərəfindən Scorpio tamulus adı ilə adlandırılmışdır. Tamil xalqının şərqi Hindistandakı yaşadığı ərazi ilə əlaqəli olaraq növün adı qoyulmuşdur. H. tamulus əvvəllər Buthus və ya Mesobuthus cinslərinə aid edilmiş, lakin 1914-cü ildə A. A. Birula tərəfindən düzgün olaraq Hottentotta cinsinə yerləşdirilmişdir. 2007-ci ildə F. Kovařík tərəfindən bu təyinat yenidən təsdiq edilmişdir. R. I. Pocock (1900) rəng və yayılma xüsusiyyətlərinə əsaslanaraq beş alt növ ayırmış, lakin bunlar rəng dəyişən fərdlərdir və alt növ kimi qəbul edilə bilməzlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əqrəblər