Gavur qəbiristanlığı ― Qazax rayonunda yerləşən alban və xristian qəbiristanlıqları.

Etimologiyası Yerli əhali buradakı qəbirlərin qeyri-müsəlman qəbirləri olduğuna görə həmin qəbiristanlıqları “gavur qəbiristanlığı”, yəni “kafir qəbiristanlığı” adlandırmışdır.

I Gavur qəbiristanlığı I Gavur qəbiristanlığı Qazax rayonunun Daş Salahlı kəndində, Avey dağının digər tərəfində yerləşir.

VI–VIII əsrə aiddir. 1987-ci ildə aşkar olunmuşdur. Məzarlıq qədim Xal-Xal şəhərinin qərb tərəfindəki böyük əraziyə yayılmış və bu şəhərə aid olmuşdur. Qəbiristanlığın cənub hissəsindəki qəbir daşlarının çoxunda xaç yoxdur. Şimal tərəfdəki daşların isə ya üzərində xaç işarəsi var, ya da başdaşı özü da xaç formasında düzəldilmişdir. Bu xaçlar formasına görə alban xaçı olub bənzər formaları Avey monastırında və ətraf bölgələrdə də aşkar olunmuşdur.

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Hazırda "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdindədir. İnventar nömrəsi 1265-dir.

II Gavur qəbiristanlığı II Gavur qəbiristanlığı Coğaz-Alpout yaşayış yerindən şimalda, Qazax-Əskipara şosse yolunun solundadır. Sahəsi kiçikdir. Burada cəmi yerüstü əlaməti bilinən 10-dək qəbir mövcuddur. Yerli əhalinin verdiyi məlumata görə, burada xristian mənşəli adamlar dəfn olunmuşdur.

Həmçinin bax Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu Qazax rayonunun tarix-memarlıq abidələrinin siyahısı

İstinadlar

Kateqoriya:Azərbaycan qəbiristanlıqları Kateqoriya:Qazax rayonunun abidələri Kateqoriya:Qazax rayonunun arxeoloji abidələri Kateqoriya:Qazax rayonundakı dini tikililər