Rəhman Musayev 14 dekabr 1986-cı ildə anadan olmuşdur. O futbolla məşğul olmağa 11 yaşında, Mingəçevir şəhərinin uşaq futbol məktəbində başlamışdır. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

Klub karyerası Futbolçu karyerasına 2003-cü ildə, 17 yaşında Bakının birinci liqa təmsilçisi "Ədliyyə" klubunda başlamışdır. Daha sonra Beyləqana köçərək 2004-cü ildə yerli "Həkəri" komandasında həvəskarlar liqasında debüt etmişdir. Bu komanda 2005-ci ildə birinci liqada oynamaq hüququ qazanaraq adını dəyişib "Femida" FK olmuşdur.

2006-cı ildə hazırda Sumqayıt şəhərini təmsil edən Bakının "Standard" klubuna keçmişdir. 2007–2008-ci illərdə Salyan təmsilçisi NBS klubunun (indiki "Muğan" FK) heyətində çıxış etmişdir. Daha sonra, 2008-ci ildə Qubanın "Spartak" klubunda bir mövsüm oynamışdır.

2009-cu ildə Rəhman Musayev "Qəbələ" klubu ilə müqavilə bağlayır. İki il komandada çıxış etdikdən sonra, 2011-ci ilin qış transfer dönəmində icarə əsasında birinci divizion təmsilçisi "Abşeron" klubuna yarım mövsüm müddətinə keçir.

2011-ci ildə karyerasını birinci divizionda davam etdirərək bu dəfə "Qaradağ Lökbatan" klubunun heyətinə qatılır. Burada bir mövsüm keçirdikdən sonra, 2012-ci ilin sonunda Premyer Liqa təmsilçisi Bakı "AZAL" klubu ilə yarımillik müqavilə imzalayır. 2013-cü ilin yanvar ayında Musayev şəxsi təşəbbüsü ilə "təyyarəçilər"lə müqaviləyə xitam verir və Bakı "MOİK" klubuna keçir. 2013-cü ilin avqust ayından etibarən "Araz-Naxçıvan" PFK-nın heyətində çıxış edir.

Yığma 2013-cü ilin noyabrında Braziliyalı baş məşqçi Ze Miqelin rəhbərliyi altında Bakıda keçirilən Azərbaycan çimərlik futbolu millisinin təlim-məşq toplanışına çağırılmışdır.

Mini-futbol Klub karyerası 2013-cü ildən etibarən Azərbaycan mini-futbol çempionatının birinci liqa komandası olan Bakı "Yasamal" MFK-da çıxış edir. Bundan əvvəl, 2012-ci ildə Bakı "Olimp" MFK-nın heyətində oynayıb.

Nailiyyətlər 2006 – Bakı "Standard" klubunun heyətində Azərbaycan Birinci Divizionunun gümüş medalçısı.

2007 – Salyan "NBS" klubunun heyətində Azərbaycan Birinci Divizionunun bürünc medalçısı.

2010 – "Qəbələ" klubunun əvəzedicilər komandası ilə Premyer Liqa əvəzedicilər çempionatının bürünc medalçısı.

2011 – Bakı "Abşeron" klubunun heyətində Azərbaycan Birinci Divizionunun qızıl medalçısı.

2012 – Bakı "Qaradağ-Lökbatan" klubunun heyətində Azərbaycan Birinci Divizionunun qızıl medalçısı.

2010-cu il – Azərbaycan Premyer Liqa əvəzedici komandalar çempionatının bombardiri olmuş, 23 qol vurmuş və bu uğura görə PFL prezidenti Ramin Musayev tərəfindən xüsusi mükafatla təltif edilmişdir.

İstinadlar Klublarımızın qış transferləri. Arxiv nüsxəsi — 27 dekabr 2013 (azərbaycanca)

Qaradağ Lökbatan Karvanı taxtdan saldı. Arxiv nüsxəsi — 27 dekabr 2013 (azərbaycanca)

Daha 2 futbolçu AZAL-dan getdi. Arxiv nüsxəsi — 27 dekabr 2013 (azərbaycanca)

Musayevin het-triki MOİK-ə qələbə qazandırdı. Arxiv nüsxəsi — 27 dekabr 2013 (azərbaycanca)

"Araz"ın dönüşü möhtəşəm oldu. Arxiv nüsxəsi — 29 dekabr 2013 (azərbaycanca)

Ze Miqel Azərbaycanda işə başladı. Baxış tarixi: 26 dekabr 2013. Orijinal mənbədən arxivləşdirilib.

Rəhman Musayev ötən mövsümün bombardiri oldu. Arxiv nüsxəsi — 27 dekabr 2013 (azərbaycanca) Əlavə bax

Çimərlik futbolu Azərbaycan milli futbol komandası Qəbələ

Kateqoriya:1986-cı ildə doğulanlar Kateqoriya:Azərbaycan çimərlik futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Qaradağ Lökbatan FK futbolçuları Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Standard Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan futzalçıları