Mavi halqalı səkkizayaqlı ilbiz və ya Hapalochlaena — Sakit və Hind okeanlarında, Yaponiyadan Avstraliyaya qədər yayılan, qabarma-çəkilmə gölməçələrində və mərcan riflərində yaşayan dörd son dərəcə zəhərli səkkizayaqlı növü.

Xüsusiyyətlər Onları sarımtıl dərisi və təhlükə zamanı dramatik şəkildə rəngini dəyişə bilən xarakterik mavi və qara halqaları ilə tanımaq mümkündür. Onlar əsasən kiçik xərçəngkimilər, o cümlədən krablar, hermit krabları, krevetlər və digər kiçik dəniz heyvanları ilə qidalanırlar. Bu meduzalar dünyanın ən zəhərli dəniz canlılarından biridir. Kiçik ölçüsünə (12-20 sm) və nisbətən sakit təbiətinə baxmayaraq, toxunulduqda və ya təhrik edildikdə çox təhlükəli ola bilərlər, çünki onların zəhəri güclü bir neyrotoksin olan tetrodotoksin ehtiva edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Zəhərli heyvanlar