Abdulov Samir– azərbaycanlı futbolçu.Hücumçu kimi çıxış edir.Şuşa komandasında oynayır.
Bioqrafiya Samir Abdulov 1987-ci il mayın 8-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Sumqayıt futbol məktəbində əməkdar məşqçi Tofiq Rzayev və Ağamusa Bağırovun rəhbərliyi altında futbol oynamağa başlayıb. Burada 8 il keçirib. 2004-2008-ci illərdə təhsil aldığı Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin məzunudur.
Klub Karyerası
Samir Abdulov Sumqayıt futbol məktəbinin yetirməsidir. O, peşəkar futbolçu karyerasının ilk illərini Sumqayıtın “Xəzər-Sumqayıt” və “Gənclərbirliyi” klublarında keçirib. Daha sonra Yevlaxın “Karvan”, Zaqatala “Simurq”, AZAL Bakı, “ Gəncə Samir Abdulov "Gəncə"də Sumqayıt ” klublarının da şərəfini qoruyub .2012-ci ilin yayında Azərbaycan çempionatının birinci divizionunda çıxış edən Neftçala klubuna keçib . 2014-cü ilin fevralında, qış transfer pəncərəsi zamanı o, digər birinci divizion klubu FK Şuşa ilə altı aylıq müqavilə imzaladı Samir Abdulov özünə yeni klub tapdı .
Milli komanda
Samir Abdulovun 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarında, ölkənin gənclər və milli komandalarında oynamaq təcrübəsi var.
Nailiyyətlər Azərbaycan çempionatının gümüş mükafatçısı: 2006 Azərbaycan çempionatının bürünc mükafatçısı: 2007 Azərbaycan birinci liqasının gümüş mükafatçısı: 2014 Azərbaycan kubokunun finalçısı: 2006
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Neftçala FK futbolçuları