Etibar Sayad oğlu Qaravəliyev — Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Makroseysmik Tədqiqatlar" şöbəsinin müdiri, həmin mərkəzin Həmkarlar Təşkilatının sədri .

Həyatı Etibar Sayad oğlu Qaravəliyev 1973-cü ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olub. 1980–1991-ci illərdə Aslanbəyli kənd orta məktəbində təhsil alıb. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Tikinti-iqtisad" fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasına daxil olub. 1997-ci ildə həmin Universiteti bitirib bakalavr dərəcəsi, 1999-cu ildə "İnşaat" ali peşə istiqaməti üzrə "Bina və qurğular nəzəriyyəsi və layihələndirilməsi" ixtisası üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyəti 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə mühəndis vəzifəsində, 2008–2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Gənc Alimlər" şurasının sədri, hazırda Mərkəzin "Makroseysmik Tədqiqatlar" şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda, 2019-cu ildən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri vəzifəsinə təyin edilib

Elmi nailiyyətləri Elmi fəaliyyəti dövründə Bakı şəhəri ərazisinin binaların tipindən və konstruktiv xüsusiyyətlərindən asılı olaraq zədələnmə dərəcəsinə görə rayonlaşdırılması aparıb. Binaların seysmik dayanaqlı layihələndirilməsində vacib parametrlərdən biri sayılan Vs-eninə dalğa sürəti parametrinin seysmik kəşfiyyat üsulundan istifadə etməklə hesablanıb. 2003–2007-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunun dissertantı olub. 2007-ci ildə 25.00.10-Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları" ixtisası üzrə "Zəlzələ təhlükələri və Bakı şəhərində sənaye və mülki binalarda ehtimal olunan zədələnmələrin qiymətləndirilməsi" mövzusunda dissertasiyanı müdafiə edib və 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2016-cı ildə isə "Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları" ixtisası üzrə dosent elmi adı alıb. Abşeron yarımadasında maksimal ehtimal olunan seysmik intensivlik sahələrinin müəyyən edilməsi və ərazinin seysmik təhlükəsinin qiymətləndirilməsi, Bakı şəhəri ərazisinin bina və qurğuların tipindən və konstruktiv xüsusiyyətlərindən asılı olaraq ehtimal olunan zədələnmə dərəcəsinə görə rayonlaşdırılması və seysmik riskinin qiymətləndirilməsi, zəlzələlərin makroseysmik tədqiqatı, ekzogen-geoloji proseslərin (torpaq sürüşməsi, çökmə) və arxeoloji sahələrin-kurqan sahələrinin seysmik kəşfiyyat üsulu ilə tədqiqi. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən və yerli jurnallarda 50-yə yaxın məqaləsi çap olunub.

"NATO"-nun və Elmin İnkişafı Fondunun bir sıra layihələrində icraçı vəzifəsində iştirak etmişdir. Azərbaycan Seysmoloqlar Assosiasiyasının üzvüdür.

Pedaqoji fəaliyyəti 2016-cı ildən hal-hazırkı dövrə qədər Azərbaycan Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir. 2024-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərir və "Binaların zəlzələyə davamlılığı" fənnini tədris edir.

İctimai fəaliyyəti 2011-ci il: AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli, T. Məmmədli, E. Qaravəliyevin, FHN-dən A. Axundovun, Türkiyənin Kandilli Rəsədxanasının əməkdaşı G. Tanırcanın həmmüəllif olduqları "Azərbaycan üçün seysmik təhlükəliliyin hesablanması" mövzusunda tədqiqat işi təqdim edilib.

2023-cü il: Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Azərbaycan-Fransız Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən, mərkəz əməkdaşları universitetin 4-cü kurs tələbələrinə geofiziki cihazlardan istifadə və həmin cihazlarla aparılan tədqiqatlar zamanı alınmış məlumatların emal edilməsinə dair təlim keçiblər. Qobu ərazisində seçilmiş poliqonda təlim Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, dosent Etibar Qaravəliyev, Qravimetrik tədqiqatlar şöbəsinin müdiri Elçin Bağırov, Maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev və şöbənin əməkdaşı Mahir Zeynalov tərəfindən aparılıb.

Təltifləri Fəxri fərman — Azərbaycan Respublikasının yaranmasının 80 illiyinə həsr olunmuş elmi-praktik konfransda elmi nailiyyətlərinə görə. Bakı, Az İMU, 1998-ci il Birinci dərəcəli diplom — Magistrlərin 1-ci buraxılışına həsr olunmuş elmi-praktik konfransda elmi nailiyyətlərinə görə. Bakı, Az İMU, 1999-cu il. Sertifikat — ABŞ-ın 96-cı Mülki Müdafiə Batalyonunun "Fövqəladə Hallarda İdarə etmə" kursunu bitirdiyinə görə. Bakı, 23 oktyabr — 3 noyabr 2000-ci il. Sertifikat — Üçüncü ölkələr üçün "Zəlzələ mühəndisliyi" üzrə hazırlıq proqramını bitirdiyinə görə. Təşkilatçılar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və İstanbul Texniki Universiteti. Türkiyə, 20–30 yanvar 2003-cü il. AMEA-nın Fəxri Fərmanı 2015-ci il

Son illər nəşr edilən elmi əsərləri Rozaseysm anlayışı və binaların zəlzələ ocağına düzgün yönəlməsinin seysmik riski azaltması haqqında (Böyük Bakı timsalında). 2009-cu ildə Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu. Bakı: Təknur MMC, 2010, ss. 176–180 08 sentyabr 2009-cu ildə baş vermiş Oni zəlzələsinin (Gürcüstan Respublikası) episentral zonasının tədqiqi. 2009-cu ildə Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu. Bakı: Təknur MMC, 2010, ss. 201–208 23 avqust 2007-ci ildə baş vermiş Ağsu zəlzələsinin makroseysmik tədqiqatı. Gənc Alimlərin əsərləri, № 4, Bakı, 2011, ss.128–131 Bakı şəhəri ərazisində qruntların sıyıqlaşması prosesinə dair. 2010-cu ildə Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin kataloqu. Bakı: Təknur MMC, ss. 154–156 Sınan mikroseysmlər üsulunu tətbiq etməklə seysmik kəşfiyyat işləri. Azərbaycan ərazisində seysmoproqnoz müşahidələr. Bakı; Nafta-Press, 2012, ss. 39–45 07 may 2012-ci ildə baş vermiş Zaqatala zəlzələsinin makroseysmik tədqiqatı. Gənc Alimlərin əsərləri, № 6, Bakı, 2012, ss. 54–61 19 oktyabr 2007-ci il Tərtər zəlzələsi. Gənc Alimlərin əsərləri, № 7, Bakı, 2013, ss. 167–173 О сейсмической опасносте города Баку. IV Российская национальная конференция по сейсмостойкому строительству и сейсмическому районированию с международным участием. Тезисы докладов. Сочи. 9–13 октября 2001, М.: ПОЛТЕКС, 2001, c. 9 Оценка долгосрочных параметров сейсмичности Апшеронского полуострова. Труды Института Геологии НАНА. Баку: Nafta-Press, № 33, 2005, cc. 29–35 О соотношении магнитуды и энергетического класса землетрясений некоторых областей Азербайджана. Известия НАНА. Серия Наук о Земле. № 2, 2006, cc. 42–47 Сейсмическая опасность Апшеронского полуострова. Сейсмическая опасность и управление сейсмическим риском на Кавказе, Владикавказ: ВНЦ РАН и РСО-А, 2006, cc. 44–50 Seismik hazard assesment for Azerbaijan. European Geosciences Union General Assembly, 2011 Vienna, Austria. Vol.13, EGU2011-2738-3 Seismic Hazard Assessment for Southern Caucasus-Eastern Turkey Energy Corridor. European Geosciences Union General Assembly, 2011 Vienna, Austria. Vol.13, EGU2011–1744 Seismic microzonation of construction sites in Baku city. Abstracts Collection on New Challenges in the European Area: International Baku Forum of Young Scientists Dedicated to the 90-th Anniversary of National Leader Heydar Aliyev. Baku, 20–25 may 2013. p.302 ЗАГАТАЛЬСКОЕ-III ЗЕМЛЕТРЯСЕНИЕ 7 мая 2012 г. в 04h40m с MLАзр=5.6, Mw=5.6, I0=7 и ЗАГАТАЛЬСКОЕ-IV в 14h15m с MLАзр=5.7, Mw=5.3, I0=7 (Азербайджан) STRONG EARTHQUAKES ON THE TERRITORY OF AZERBAIJAN IN 2015 Seismic hazard assessment for Azerbaijan Bakı ərazisinin ikinci dərəcəli zəlzələ təhlükələri

Həmçinin bax Qurban Yetirmişli Tahir Məmmədli

İstinadlar

Xarici keçidlər

Dövlət qurumlarının mütəxəssisləri Daşlı adasında olublar Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər Azərbaycan alimləri NATO-nun xətti ilə keçirilən elmi sessiyada iştirak etmişlər Günün Sədası — Niyaməddin Musayev, Siyavuş Kərimov, Vüqar İsgəndərov, Əflatun Amaşov, Etibar Qaravəliyev "Zəlzələ zamanı davranış qaydaları" adlı tədbir keçirildi RSXM-in şöbə müdiri: "Bayıl yamacında gərgin vəziyyət davam edir"

Kateqoriya:Yer elmləri üzrə fəlsəfə doktorları Kateqoriya:AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri