Elopidae — Tək bir müasir cins olan "Elops"u özündə birləşdirən şüaüzgəcli balıqlar fəsiləsi.
Xüsusiyyətlər
Onların qidası kiçik balıqlar və xərçəngkimilərdir (xüsusilə karides). Növlər üzrə tipik olaraq maksimum ölçü 1 m (3,3 fut) və maksimum çəki 10 kq (22 funt) olur. Bədən fusiform (ucu daralan iğ şəkilli) və oval kəsiyə malikdir. Yan tərəfdən bir qədər yastılaşmışdır və gözlər böyük olub, yağlı göz qapaqları ilə qismən örtülüdür. İlan balıqlarında olduğu kimi, sürfələr leptosefalikdir – yüksək dərəcədə yastılaşmış, lentşəkilli və şəffafdır. İlkin böyümədən sonra onlar kiçilir və yetkin forma alır. Bu fəsilə ovlanır, lakin bədənləri sümüklü olduğu üçün bu balıqlar geniş şəkildə istehlak üçün satılmır. Onlar ovlanır və yem kimi istifadə edilir və ya balıq unu üçün əzilir.
İstinadlar
Xarici keçidlər