Məmməd Məhərrəmov (tam adı: Məmməd Əli oğlu Məhərrəmov; ) — Sovet İttifaqı Qəhrəmanı.

Həyatı

Məhərrəmov Məmməd Əli oğlu Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır. Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktyabr gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin etmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза генералам, офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 22 февраля 1944 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 5 марта (№ 13 (273)). — С. 1

Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir.

İstinadlar

Xarici keçidlər 9may.az. Qəhrəmanlar.

Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:SSRİ leytenantları Kateqoriya:Kolxoz sədrləri