Amerika qaşqaldağı (Fulica americana) — "Rallidae" fəsiləsinin qaşqaldaq cinsinə aid olan bir quş növü.
Yayılması və yaşayış mühiti Amerika qaşqaldağı Şimali Amerikanın böyük bir hissəsini əhatə edən miqrasiya edən bir quşdur. Sakit okean və ABŞ-nin cənub-qərb bölgələrində, həmçinin Meksikada il boyu yaşayır. Yay aylarında isə şimal-şərq bölgələrində çoxalır. Qaşqaldaqlar üzən yuvalar qurur və hər dəfə 8–12 yumurta qoyur. Dişi və erkək fərdlər oxşar görünüşə malik olsalar da, aqressiv davranış zamanı erkəyin baş lələkləri daha böyük olur. Amerika qaşqaldağı əsasən yosun və digər su bitkiləri ilə qidalanır, lakin heyvanlar (həm onurğalılar, həm də onurğasızlar) da qida mənbəyi kimi istifadə olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:ABŞ quşları Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:1789-cu ildə təsvir edilən quşlar