Anas rubripes (Amerika qara ördəyi) — "Anatidae" fəsiləsinə aid olan böyük bir su quşu.

Taksonomiya və etimologiya

Amerika ornitoloqu Uilyam Bryuster, 1902-ci ildə qara ördəyi "Anas obscura rubripes" kimi təsvir etmişdir. Bu ad "qırmızı ayaqlı qara ördək" mənasını verir. Hazırkı elmi adı olan "Anas rubripes" latın mənşəlidir: "Anas" "ördək", "rubripes" isə "qırmızı ayaq" deməkdir (ruber – "qırmızı", pes – "ayaq").

Təsvir

Qara ördəyin erkəkləri sarı, dişiləri isə tünd yaşıl dimdiyə malikdir. Başları qəhvəyi rəngdədir, lakin bədənlərinin tünd qəhvəyi rəngindən bir qədər açıqdır. Yanları və boğazı qəhvəyi zolaqlıdır, başının üstündə tünd zolaq və tünd gözlər var. Qanad lələkləri parlaq bənövşəyi-mavi rəngdədir və əsasən qara kənarlara malikdir. Ayaqları narıncı rəngdədir və qara pərdəlidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:1902-ci ildə təsvir edilən quşlar Kateqoriya:30–34 ID olan Taksonbar