Sadıxov Yusif Mədət oğlu () — Sovet İttifaqı Qəhrəmanı (31 may 1945).

Həyatı 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanizə olunmuş briqadasının artilleriya dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir.

Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" və "Qızıl Ulduz" (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində "Neftbaza"nın direktoru vəzifəsində çalışmışdır.

11 iyun 1971-ci ildə vəfat etmiş, doğma kəndində dəfn edilmişdir. Tovuz şəhərində adına Məktəb (Bozalqanlı məktəbi) və küçə var. Büstü qoyulmuşdur.

İstinadlar

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Tovuz rayonunda doğulanlar Kateqoriya:Tovuz rayonunda vəfat edənlər Kateqoriya:Tovuz rayonunda dəfn olunanlar Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"Berlinin alınmasına görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər