Birinci Karlist Müharibəsi () — 1833–1840-cı illərdə İspaniyada yaşanan vətəndaş müharibəsidir. İspaniya taxt-tacına sahiblənmək uğrunda 2 siyasi qrup arasında yaşanan bu silahlı münaqişənin tərəfləri, mərhum kralın qardaşı Karlos de Burbonun rəhbərlik etdiyi mühafizəkar Karlistlər və mərhum kralın qızı II İzabellanı dəstəkləyən yenilikçi liberallar idi. Mərhum İspaniya kralı VII Ferdinandın leqal varisinin kim olması barədə yaranan mübahisə sonradan krallığın idarəetmə formasının da təyin olunması ilə nəticələndi. Belə ki, mühafizəkar karlistlər mütləq monarxiya, liberallar isə konstitusiyalı monarxiya tərəfdarı idi.
Bu müharibə XIX əsr Avropasında ən böyük vətəndaş müharibəsi idi və İspaniya İstiqlal Müharibəsindən daha çox insan iştirak etmişdi.
Mənbə
Kateqoriya:İspaniyada vətəndaş müharibələri Kateqoriya:Fransanın müharibələri Kateqoriya:Portuqaliyanın müharibələri Kateqoriya:Birləşmiş Krallığın müharibələri Kateqoriya:İspaniya tarixi Kateqoriya:XIX əsrin müharibələri