Çauzi — Ev pişiklərinin bir növüdür və qeyri-ev pişik növü olan qamışlıq pişiyi (Felis chaus) ilə ev pişiklərinin (Felis catus) cütləşdirilməsi nəticəsində yaranmışdır.

Tarix Qamışlıq pişiyi (Felis chaus) və ev pişiyi (Felis silvestris catus) arasında ilk hibridlər bir neçə min il əvvəl Misirdə dünyaya gələ bilib. Çöl pişiyi Cənub-Şərqi Asiya, Hindistan və Yaxın Şərq ərazilərində geniş yayılmışdır. Əsasən Asiyada çay və göl kənarlarında yaşayan vəhşi pişik növüdür. Lakin bu növ Şimali Afrikanın kiçik bir hissəsində, Nil deltasında da rast gəlinir. Qədim misirlilərin ev pişiklərini ev heyvanı kimi saxladıqları məlumdur. Misir məbədlərində çoxlu sayda ev pişiyi mumiyaları tapılmışdır. Daha az məlum olan isə, çöl pişiyinin də bəzən mumiyalaşdırıldığıdır. Çöl pişiyi qorxaq bir növ deyil; onlar tərk edilmiş binalara köçüb və kənd təsərrüfatı kanalları yaxınlığında yaşamağı sevirlər, şərt ki, kifayət qədər ov və gizlənmək üçün kolluq olsun. Ev pişikləri Nil boyunca tez-tez çöl pişikləri ilə qarşılaşdıqları üçün, bu iki növün hibridləri çox güman ki, tez-tez dünyaya gəlirdi. Çauzilər indi həm Şimali Amerikada, həm də Avropada yetişdirilir. Bu növ "World Cat Federation" (WCF) tərəfindən yeni növ kimi tanınma prosesinə başlayıb.

İstinadlar

Ədəbiyyat siyahısı Bird, C. "The Chausie: The Cat That Came Up From the Reeds." In: TICA Trend. Harlingen, TX: The International Cat Association, Inc., Dec. 2009/Jan. 2010, Vol. 31 No. 1.

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri