Məzrə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Toponimikası Məzrə kəndi dağətəyi ərazidədir. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını kəsb edir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortal arında həmin kənddən gəlmiş 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri