İran Müdafiə Nazirliyi (; Rom: Vezārat-e Defāʿ-e Īrān), İran İslam Respublikasının Müdafiə Nazirliyi (; Rom: Vezārat-e Defāʿ-e Jomhūrī-ye Eslāmī-ye Īrān) və ya tam adı ilə İran Müdafiə Nazirliyi və Silahlı Qüvvələrə Dəstək (; Rom Vezārat-e Defāʿ va Poshtībānī-ye Nīrvāhā-ye Mosallah) — İran hökumətinin nəzarəti altında fəaliyyət göstərən, ölkənin müdafiə siyasətinə, habelə İran vətəndaşlarının hərbi işlərinə cavabdeh olan nazirlikdir. Onun əsas vəzifəsi, İran Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin planlaşdırılması, əlaqələndirilməsi, dəstəklənməsi və genişləndirilməsidir. Ölkənin müdafiə qüvvələrini mümkün təhlükələrə qarşı təchiz etmək bu nazirliyin əsas vəzifələrindən biri hesab olunur.
Tarixi
Bu nazirlik birinci dəfə Qacarlar dövründə Hərbi Nazirlik adı ilə fəaliyyətə başlamışdır. Nazirliyin adı Məhəmməd Müsəddiq dövründə qısa müddətlik "Milli Müdafiə Nazirliyi" olaraq dəyişdirilmişdir.İranda İslam inqilabından sonra isə bu nazirlik 1984-cü ilin iyun ayına qədər Milli Müdafiə Nazirliyi adı altında fəaliyyət göstərmişdir. 1984-1989-cu illər arasında isə Müdafiə Nazirliyi adlandırılmışdır.
Tabeliyində olan təşkilatlar
İran Aviasiya Sənayesi Təşkilatı Müdafiə Sənayesi Təşkilatı Silahlı qüvvələrin coğrafi təşkili İran Elektron Sənaye İnstitutu İran Aviasiya Sənayesi Təşkilatı Aviasiya və Aerokosmik Sənaye Təşkilatı Malik Əştər adına Texnologiya Universiteti Dəniz Sənayesi Təşkilatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Müdafiə nazirlikləri Kateqoriya:İran Silahlı Qüvvələri Kateqoriya:İran nazirlikləri Kateqoriya:İranda siyasət