Mehdi Siyavuş oğlu Bağırov — iqtisad elmləri doktoru, professor

Həyatı və fəaliyyəti 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində ənənəvi (5 illik) ali təhsili, Azərbaycan Dövlət İqtisad Universitetində aspirantura təhsili almışdır. 2000-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 2018-ci ildə iqtisad elmləri doktoru elmi dərəcələrini almışdır.

1994-cü ildən 2024-cü ilədək Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 2024-cü ildən ADNSU-nun "Sənayenin iqtisadiyyatı" kafedrasında çalışmaqdadır. Haliyədə həmin Universitetdə professor vəzifəsində çalışmaqdadır.

Naxçıvanda fəaliyyət göstərdiyi müxtəlif illərdə müəllim, baş müəllim, dosent, kafedra müdiri, fakültə dekanının müavini, fakültə dekanı, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır.

Naxçıvan Dövlət Universiteti ilə yanaşı eyni zamanda 1996-2012-ci illərdə (dosent) və 2020-2024-cü illərdə (professor) Naxçıvan Özəl Universitetində də pedaqoji fəaliyyətini davam etdirmişdir.

250-yə yaxın elmi əsərin, 37 kitabın, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Elmi rəhbərlik etdiyi fəlsəfə doktorluğu və magistr dissertasiya işləri, respublika ilə beynəlxalq konfranslarda iştirakı ilə tanınmaqdadır.

Mükafatları 2012 – “İlin alimi” fəxri adı (NDU) 2016 – “Ən yaxşı vətənpərvər alim” qızıl medalı

İstinadlar

Kateqoriya:Naxçıvan Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Yaşayan insanlar