Tehran Times — İranın ingilis dilli gündəlik qəzetidir. Qəzet 1979-cu ildə "İslam İnqilabının səsi" şüarı ilə yaradılmışdır. Dövlətə məxsus olmasa da, dövlət tərəfindən idarə olunan və İran hökumətindəki sərt xətt tərəfdarları ilə sıx əlaqəli hesab olunur.

Akademiklər, səfirlər, siyasətçilər və beynəlxalq münasibətlər üzrə analitiklər tez-tez bu qəzetə məqalələr yazırlar.

Baş ofisi Tehran şəhərində yerləşən Tehran Times qəzeti 1979-cu ildən nəşrə başlamışdır. Baş redaktoru Pərviz İsmaili olan qəzetin xəbərlərinin əsas mənbəyi Mehr Xəbər Agentliyi hesab olunur. Qəzetin yazıçılarından olan Həmid Qolpira və Həsən Hənizadə yazıları ilə bütün İranda tanınır və diqqəti cəlb edirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1979-cu ildə yaranan nəşrlər Kateqoriya:Tehran kütləvi informasiya vasitələri Kateqoriya:İngilis dilində qəzetlər Kateqoriya:İran qəzetləri