Burmilla — 1981-ci ildə Birləşmiş Krallıqda yaranmış ev pişiyi növü. Bu, "Fars" və "Burma" pişiklərinin mələzidir. Bəzi pişik reyestrlərində bu cins Asiya qrupuna aiddir və bəzən "Asiya Kölgəsi" adlandırılır.

Tarix

Burmilla pişiyi, Miranda von Kirkberqin pişik təsərrüfatında təsadüfən dünyaya gəlib. Çinçilla Fars pişiyi olan "Jamari Sanquist" və bənövşəyi Birma pişiyi olan "Bambino Lilac Fabergé" fərqli otaqlarda cütləşmə gözləyirdilər. Bir gecə təmizləyici qadın qapını açıq qoydu və bu iki pişik cütləşdi. 1981-ci ildə dörd bala pişik doğuldu və beləliklə yeni bir növ yarandı.ASPCA: "Complete Guide to Cats". Chanticleer Press, 1999

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri