Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası (bundan sonra — Akademiya) Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı ilə ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün yaradılmış tədris-elm müəssisəsidir.

Əsas fəaliyyət istiqamətləri ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən namizədlərin, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi; hüquq elmləri sahəsində aspirantların (dissertantların) və doktorantların hazırlanması;

Həmçinin bax Azərbaycanın ali təhsil müəssisələrinin siyahısı

İstinadlar

Xarici keçidlər

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyası Kateqoriya:Azərbaycan universitetləri