Havana pişiyi və ya Havana qəhvəyi pişiyi () — Siam və yerli qara pişiklərin məqsədli şəkildə çarpazlaşdırılması nəticəsində yaradılan pişik növü.
Xüsusiyyətlər Havana qəhvəyi pişikləri yaxşı balanslaşmış, orta ölçülü, əzələli və qısa tükləri olan pişiklərdir. Tük rəngi isti qəhvəyi, adətən qırmızımtıl-qəhvəyi olmalıdır. Gözləri yaşıl, bığları qəhvəyi rəngdə olur. Havana qəhvəyi pişikləri ağıllıdır və tez-tez əşyaları yoxlamaq və sahibləri ilə ünsiyyət qurmaq üçün pəncələrindən istifadə edirlər. Onlar maraqlı və oyunsevəndirlər, lakin tək qoyulduqda dağıdıcı ola bilərlər. Havana qəhvəyi pişikləri ailəsinə çox bağlıdır və uzun müddət tək qoyulduqda rahat hiss etmirlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişik cinsləri