Gecə yemək sindromu — Yuxudan oyanaraq və ya axşam yeməyindən sonra təkrarlanan gecə yemək epizodları ilə xarakterizə olunan sindrom. Yeməyi şüurlu şəkildə, bilərəkdən yemək, bu pozğunluğu "Yuxu ilə əlaqəli yemək xəstəliyindən" (SRED) fərqləndirən əsas xüsusiyyətdir. Gecə yemək sindromu, həddindən artıq yemək xəstəliyi ilə bir qədər oxşarlıqlara malik olsa da, gecə yeyilən qida miqdarının çox olmaması və ya qida qəbulu üzərində nəzarətin itirilməməsi fərq yaradır.

Tarix İlk dəfə 1955-ci ildə Albert Stunkard tərəfindən təsvir edilmişdir və hal-hazırda DSM-5-in "Digər Müəyyən Edilmiş Qidalanma və Yemək Xəstəlikləri" (OSFED) kateqoriyasına daxildir.American Psychiatric Association. (2013). Diagnostic and statistical manual of mental disorders (5th ed.). Washington, DC: Author. Gecə Yemək Sindromu ilə bağlı ən son ədəbiyyatın böyük hissəsi DSM-5-dəki son dəyişikliklər səbəbindən son illərdə nəşr edilmişdir.

İstinadlar

Kateqoriya:Sindromlar