thumb|right|Fəthiyə məscidinin xaricdən görünüşü Fəthiyə məscidi () — Qarsın mərkəzində Yeni Məhəllədə yerləşən kilsədən çevrilmiş məscid. Kilsə ikən Aleksandr Nevski kilsəsi () və ya Kazak kilsəsi adlanırdı. XIX əsrin sonlarında tikilmiş köhnə xristian kilsəsi bölgənin ən qədim tikililərindən biridir və 1915-ci il erməni qırğınından sonra boş qalmışdır. 1921-ci il Ermənistan-Türkiyə müharibəsindən sonra bir müddət bəzi dövlət qurumları tərəfindən istifadə edilmiş, sonra məscidə çevrilmişdir.

Pəncərələrdəki yuvarlaq tağlı pediment, üçlü yonca yarpağı şəklində düzəldilmiş damdakı tətbiq, içərisində dairəvi tağlarla düzülmüş üçlü pəncərə sistemli işıqlandırma sahəsidir ki, buna da Baltik tipli binalarda rast gəlinir.

Kilsə 1878-ci ildə Rusiya imperiyası Qarsı aldıqdan və Qars vilayətini qurduqdan sonra XIX əsrin sonlarında ruslar tərəfindən tikilmişdir.

Rus dini memarlığının nümunəsi olan kilsənin soğan günbəzləri, zəng qülləsi 1953-cü ildə sökülüb. İbadət yeri 1970-ci illərə qədər qapalı idman zalı kimi istifadə olunub. 1984-cü ildə isə binaya iki minarə əlavə edilərək məscidə çevrilmişdir. Həmçinin bax Ani kafedralı Qars kafedralı İstinadlar

Kateqoriya:Türkiyədəki pravoslav kilsələri Kateqoriya:Rus Pravoslav Kilsəsi Kateqoriya:Rusiya kazakları