Lupo İtalyano — İtaliyaya aid it cinsi. Bu cinsin, Alman çoban iti ilə "İtalyan canavarı"nın cütləşməsindən əmələ gəldiyi söylənir. Lakin bir sıra genetik tədqiqatlar bu iddianı şübhə altına alır.
Təsviri Canavara bənzər buruna, güclü çənəyə və orta uzunluqda sivri qulaqlara malikdir. Gözləri ideal olaraq qızılı rəngdə və çəp formada olmalıdır. Yetkin fərdlərin çiyin hündürlüyü 58-68 sm-dir və güclü sinə quruluşuna sahibdir. Hətta iri fərdlərdə belə yeriş yüngül və ahəngdar olur. Bu cinsin 70 km/saat sürətlə qaça bildiyi iddia edilir. Xəz örtüyü boz rəngdədir. Standarta əsasən, tam qara və ya döş nahiyəsində ağ ləkə də qəbul edilir. Quyruğu sakit vəziyyətdə sallanır, qaldırıldıqda isə yüngül bir əyilmə baş verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri