Ümüdvar Qənbər oğlu Əliyev — iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri.

Həyatı və fəaliyyəti Ümüdvar Əliyev 10 avqust 1953-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub.

1960–1970-ci illərdə İmişli rayon Cəfərli kənd orta məktəbində təhsil alıb.

1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub, 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə həmin institutun aspiranturasını bitirib, dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

2022-ci ilə qədər UNEC-in "Nəzəri və praktiki iqtisadiyyat" kafedrasının müdiri olub. 70-dən çox elmi məqalənin, monoqrafiyaların müəllifidir.

Mükafatları 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

İstinadlar

Xarici keçidlər Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC