Suşi burrito və ya suşirrito – Yaponiya–Meksika qarışıq mətbəxinə aid yemək. Balıq və tərəvəz kimi suşi inqredientlərinin burrito kimi bükülüb servis edilməsi ilə hazırlanır. Yemək Meksika və Yaponiya mətbəxlərinin birləşməsindən əmələ gələn Amerika qarışıq mətbəxinə aid edilir.
Versiyaları Suşi burritonun bəzi versiyalarına adi burritonun hazırlanmasında istifadə olunan Meksika–Amerika inqrediyentləri daxildir, bəzi versiyalar isə sadəcə burrito ölçüsündə olan ənənəvi inqrediyentlərlə hazırlanır. Sonuncu variant "GQ" tərəfindən "böyükölçülü maki rol" adlandırılmışdır. Suşi burrito rseptlərinə çiy və ya qızardılmış balıq əti, eləcə də, burritolarda istifadə olunan ənənəvi tortillaların yerinə istifadə olunan dəniz yosunları və düyünü bükmək üçün inqrediyentlər daxildir. Bükmək üçün soya kağızından istifadə olunur.
Tarixi Suşi burrito 2008-ci ildə San-Fransiskoda yerləşən "Sushirrito" restoranlar şəbəkəsində işləyən Piter Yen tərəfindən yaradılmışdır. Yemək populyarmış və ABŞ-dəki digər suşi və burrito restoranları tərəfindən satılmağa başlamışdır.
Qəbul Suşi burrito yarandıqdan sonra ABŞ-də populyar yeməklərdən birinə çevrilmişdir. Yeməyin populyarlığı suşi və burritonun populyarlığı, eləcə də, "fudi" mədəniyyətinin təsiri ilə əlaqələndirilir. "Los Angeles Times" qəzetindən Con Şerer suşi burritonun populyarlığını yemək trendi adlandırmış, yeməyin orijinallığını və yemək təcrübəsini tənqid etmişdir.
İstinadlar
Kateqoriya:Yaponiya-ABŞ mətbəxi Kateqoriya:Suşi