Adolf von Vilbrandt (; ) — Alman yazıçısı, dramaturqu, redaktoru, tərcüməçisi, teatr xadimi, rejissor, Vyanadakı Burqteaterın direktoru. Fəlsəfə elmləri doktoru (1859). Həyatı Rostok Universitetində almanşünaslıq, estetika və gözəl ədəbiyyat professoru və 1848-ci il inqilabının siyasətçisi Kristian Vilbrandtın böyük ailəsində anadan olub. Rostok, Berlin və Münxendə hüquq, sonra fəlsəfə və tarix təhsili alıb. PhD dərəcəsinə yiyələnib.

1859-1861-ci illərdə Münhendə "Süddeutsche Zeitung"un sələfi olan "Münchner Neueste Nachrichten" qəzetinin redaktoru olub. Sonrakı illərdə o, dostu rəssam Hans Kuqler ilə getdiyi Berlin, Rostok, Frankfurt-Maynda (Hessen), Romada, 1865-ci ildən isə Münhendə frilanser kimi çalışıb.

Daha sonra Adolf von Vilbrandt Vyanada məskunlaşıb. 1877-1881-ci illərdə Almaniya, Avstriya və İtaliyada növbə ilə yaşayıb. 1881-1887-ci illərdə Vyana Burqteaterının direktoru vəzifəsini tutub.

Adolf von Vilbrandt 1911-ci ildə vəfat etdiyi doğma şəhəri Rostoka qayıdıb.

Yaradıcılığı A.Vilbrandt bir çox faciələrin, dramların və komediyaların müəllifidir. Adolf von Vilbrandt hazırda dövrünün ən çox səhnələşdirilən dramaturqlarından biri hesab olunur. Onun tarixi dramları xüsusi diqqəti cəlb edir.

Onun bəzi əsərləri Almaniyanın mühüm teatrlarının repertuarına daxil olub:

«Der Graf von Hammerstein», dram əsəri; komediyalar: "Unerreichbar", "Jugendliebe", "Die Maler", "Ein Kampf ums Dasein"; tragediyalar: "Gracchus der Volkstribun", "Arria und Messalina", "Giordano Bruno", "Nero", "Krimhild", "Robert Kerr", "Natalie", "Auf den Brettern", "Die Tochter des Herrn Fabricius", "Assunta Leoni".

Müəllifin mürəkkəb psixoloji problemlərin həllini öz üzərinə götürdüyü qısa hekayələri və bədii əsərləri daha az uğur qazanıb. Bunlardan aşağıdakılar diqqətə layiqdir:

"Novellen" (Berlin, 1869); "Neue Novellen" (Berlin, 1870); "Neues Novellenbuch" (Vyana, 1875); "Novellen aus der Heimat" (Berlin, 1882); romanlar: "Fridolins heimliche Ehe" (Vyana, 1875); "Meister Amor" (Vyana, 1880); "Menschen und Geister" (Nördlingen, 1864).

Onun tərcümeyi-halı çox zəngindir: “Heinrich von Kleist” (Nördlingen, 1863) və “Hölderlin, der Dichter des Pantheismus” (Münhen, 1870).

Bundan əlavə, A.Vilbrandt "Gedichte" (Vyana, 1874) və Fritz Reiterin ölümündən sonrakı əsərlərini (Rostok, 1875) nəşr etdirib və tərcümələrlə də məşğul olub. Digər yaradıcılıq işlərilə yanaşı, Sofoklun bir neçə pyesini ("Antiqona", "Edip Reks") və Vilyam Şekspirin əsərlərini də alman dilinə tərcümə edib.

Mükafatları və təltifləri O, çoxlu ədəbi mükafatlar, o cümlədən təltiflər alıb: Frans Grillparzer Mükafatı (1875); Şiller Mükafatı (Prussiya) (1878); Dəmir Tac ordeni (Avstriya, 1887); Frans Grillparzer Mükafatı (1890); 1884-cü ildə elm və incəsənətdəki nailiyyətlərinə görə A.Vilbrandt Bavariya kralı II Lüdviq tərəfindən Maksimilian ordeni ilə təltif edilmiş və şəxsi (irsi olmayan) zadəganlığa yüksəlmişdir. Xatirəsi Vyanada (Döblinq və Vahrinq rayonlarında), Rostok və Şverin küçələri yazıçı və dramaturq A.Vilbrandtın adını daşıyır.

İstinadlar

Xarici keçidlər Adolf von Wilbrandt Произведения А. Вильбрандта в Немецкой национальной библиотеке

Kateqoriya:Almaniya dramaturqları Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri