Edvard Vrdolyak (, "Fast Eddie"; ) — amerikalı siyasətçi və hüquqşünas. Uzun illər Çikaqo Şəhər Şurasının üzvü olmuş, həmçinin Kuk dairəsi Demokratik Partiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. 1980-ci illərdə Harold Vaşinqtonun merliyi dövründə baş verən Şura müharibələri () zamanı əsas müxalif lider olmuşdur.
Edvard Vrdolyak Çikaqo siyasətində sərt və kompromissiz lider kimi tanınmışdır. “Fast Eddie” ləqəbi ilə məşhur olmuşdur. Bəzi müşahidəçilər onu siyasi bacarığı və strateji qabiliyyətinə görə tərifləyir, digərləri isə onu irqi və siyasi bölücülüyə rəvac verməkdə ittiham edirlər.With Victory in Chicago, Mayor Finally in ControlThe New York Times, April 9, 1987.
Bioqrafiyası Edvard Vrdolyak 1937-ci il dekabrın 28-də Çikaqo şəhərində, Xorvatiya əsilli ailədə anadan olmuşdur.Ex-Leader of Democrats in Chicago Switches PartyThe New York Times, September 16, 1987. Maunt Karmel Liseyində təhsil almış, daha sonra İndiana ştatındakı Müqəddəss İosif Kollecində oxumuşdur. 1963-cü ildə Çikaqo Universitetinin Hüquq fakültəsini bitirmiş və hüquqşünas kimi fəaliyyətə başlamışdır. Vrdolyak 1971–1987-ci illərdə Çikaqo Şəhər Şurasında 10-cu dairənin nümayəndəsi olmuşdur.Justice says Vrdolyak helped pick judgesChicago Sun-Times, May 4, 2000. 1977–1983-cü illərdə şuranın sədri vəzifəsində çalışmış, 1982–1987-ci illərdə isə Kuk dairəsi Demokratik Partiyasına rəhbərlik etmişdir.Judge gets the maximum Chicago Sun-Times, July 26, 2002.
1983-cü ildə Harold Vaşinqtonun şəhərin ilk afroamerikalı meri seçilməsindən sonra,Feds catch up with 'Fast Eddie' Vrdolyak Chicago Tribune, May 10, 2007. Vrdolyak 29 nəfərlik müxalifət koalisiyasına rəhbərlik edərək, Vaşinqtonun irəli sürdüyü qanunvericilik təşəbbüslərini sistematik şəkildə bloklamışdır. Bu dövr Çikaqo siyasi tarixində “Şura müharibələri” adı ilə tanınır. Koalisiya əsasən ağdərili və latın əsilli şura üzvlərindən ibarət idi.Vrdolyak Pleads Not Guilty to Bribery, Fraud CBS Chicago, May 17, 2007.
1987-ci ildə Vrdolyak Demokrat Partiyasından çıxaraq Respublikaçı Partiyaya (ABŞ) keçdi və Çikaqo meri postuna namizəd oldu,Star Witness Tells Rezko Jury of Payoffs Associated Press, March 18, 2008Rezko trial breaks just before discussion of city real estate scheme Daily Herald, April 4, 2008 lakin məğlub oldu. 1989-cu ildə yenidən siyasi arenaya qayıtmağa çalışsa da, nəticə əldə edə bilmədi. 1990-cı illərdən sonra daha çox hüquqi fəaliyyətlə məşğul oldu.Former Ald. Ed Vrdolyak Pleads Guilty Chicago Sun-Times, November 3, 2008
Vrdolyak uzun illər şəxsi hüquq firmasına rəhbərlik etmişdir. 2000-ci illərdə bir sıra maliyyə və vergi cinayətlərində ittiham olunmuşdur. Vrdolyak Plea Agreement 2008-ci ildə federal məhkəmə tərəfindən dələduzluq və poçt saxtakarlığı ittihamları ilə günahkar bilinmiş, 2010-cu ildə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir.'Fast Eddie' walks, gets probation , Chicago Sun-Times, February 26, 2009.
2019-cu ildə vergi qaçaqçılığına görə yeni ittihamlarla üzləşmiş və günahını etiraf etdikdən sonra 2021-ci ildə həbsə göndərilmişdir.Vrdolyak's probation sentence reversed; prison possible , Chicago Breaking News, January 29, 2010. 9 mart 2023-cü ildə Vrdolyak reabilitasiya mərkəzindən buraxılmışdır.
Həmçinin bax Harold Vaşinqton Şura müharibələri
İstinadlar
Xarici keçidlər Vrdolyak's Career Timeline Vrdolyak Law Firm
Kateqoriya:XX əsr ABŞ siyasətçiləri