Sumatra oranqutanı () — Oranqutanların üç növündən biri. Nəsli tükənməkdə olan növlər sırasına daxil edilib. Ancaq İndoneziyanın Sumatra adasının şimalında yaşayır. O, Borneo oranqutanından az, Sumatrada tapılan yeni müəyyən edilmiş Tapanuli oranqutanından isə çox yayılmışdır. Onun adı, malay dilində "orang" (insan) və "hutan" (meşə) birləşməsindən götürülüb, "meşə adamı" kimi tərcümə olunur.
Təsviri
Erkək Sumatra oranqutanları təxminən 1.7 metr hündürlüyündə və 90 kq ağırlığında ola bilir. Dişilər isə daha kiçikdir, orta hesabla 90 santimetr uzunluğu və 45 kq ağırlığı olur. Sumatra oranqutanları digər növlərə nisbətən daha arıq olur. Uzun üzü və açıq qırmızı rəngdə tükləri olur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Asiya məməliləri Kateqoriya:Oranqutanlar Kateqoriya:Ponginae Kateqoriya:1827-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:1827-ci ildə təsvir edilən məməlilər