Davranış elmləri () — insan və heyvan davranışını sistemli şəkildə öyrənən elmi sahələrin məcmusu. Bu elmlər fərdi və qrup səviyyəsində davranışın bioloji, psixoloji, sosial və mədəni əsaslarını araşdırır.Hallsworth, M. (2023). A manifesto for applying behavioural science. Nature Human Behaviour, 7(3), 310–322. Davranış elmləri əsasən iki əsas kateqoriyaya bölünür: psixoloji elmlər və neyrobioloji elmlər. Psixoloji elmlər fərdin davranış və şüurunu, neyrobioloji elmlər isə bu davranışın sinir və bioloji əsaslarını öyrənir. Bu sahə insanın qərarvermə prosesləri, motivasiya, idrak, hiss və sosial qarşılıqlı əlaqələr kimi aspektlərini təhlil edir. Davranış elmlərinin tətbiq sahələri genişdir: təhsil, marketinq, iqtisadiyyat, səhiyyə, siyasət və s. Davranış elmləri həmçinin insanların ətraf mühitə və texnologiyalara reaksiyasını, onların sosial sistemlərdə necə davrandığını da incələyir.Sanders, M., Snijders, V., & Hallsworth, M. (2018). Behavioural science and policy: where are we now and where are we going?. Behavioural Public Policy, 2(2), 144–167.

Ən çox tanınan davranış elmlərinə psixologiya, sosiologiya, antropologiya, koqnitiv elmlər və sosial neyrologiya daxildir.Loewenstein, G., Rick, S., & Cohen, J. D. (2008). Neuroeconomics. Annu. Rev. Psychol., 59(1), 647–672. Bu sahələr empirik müşahidə, eksperimentlər və statistik modellərlə davranış nümunələrini təsnif edir və izah edir. Davranış elmləri insan davranışını daha dərindən anlamağa və bu davranışı daha proqnozlaşdırıla bilən və idarə oluna bilən formaya salmağa çalışır. Davranış iqtisadiyyatı kimi yeni alt sahələr də bu fənnin interdisiplinar tətbiqinin nümunələridir.Bavel, J. J. V., Baicker, K., Boggio, P. S., Capraro, V., Cichocka, A., Cikara, M., … & Willer, R. (2020). Using social and behavioural science to support COVID-19 pandemic response. Nature human behaviour, 4(5), 460–471.

Sosial elmlərdən fərqləndirilməsi Davranış elmləri və sosial elmlər — hər ikisi davranışın sistemli proseslərini öyrənən əlaqəli sahələrdir, lakin onlar müxtəlif davranış ölçüləri üzrə elmi təhlil səviyyəsinə görə fərqlənirlər.Mallio, C. A., Buoso, A., Stiffi, M., Cea, L., Vertulli, D., Bernetti, C., … & Beomonte Zobel, B. (2024). Mapping the Neural Basis of Neuroeconomics with Functional Magnetic Resonance Imaging: A Narrative Literature Review. Brain sciences, 14(5), 511. Chicago

Davranış elmləri empirik məlumatları ümumiləşdirərək, canlıların sosial sistem daxilində qərarvermə proseslərini və kommunikasiya strategiyalarını araşdırır. Bu yanaşmaya psixologiya, sosial neyrologiya, etologiya və kognitiv elmlər kimi sahələr aiddir. Əksinə, sosial elmlər daha çox fərdlərin və qrupların sosial təşkilatlar vasitəsilə sosial sistemdə necə dəyişməsinə yönəlmiş konseptual çərçivələr təqdim edir. Bu sahəyə sosiologiya, iqtisadiyyat, ictimai səhiyyə, antropologiya, demoqrafiya və siyasi elmlər daxildir.

Bu iki elmi sahənin bir çox alt sahələri davranış və sosial elmlər arasındakı sərhədləri yoxlayır və bir-birinə yaxınlaşdırır. Məsələn, siyasi psixologiya və davranış iqtisadiyyatı davranış yanaşmalarından istifadə edir, baxmayaraq ki, ümumi sahələri olan siyasi elmlər və iqtisadiyyat daha çox sistem və institusional faktorları ön plana çıxarır.

Davranış elmləri daha çox fərdi və nöro-bioloji səviyyədə qərarların, hisslərin və qarşılıqlı münasibətlərin izahına yönəlmişdirsə, sosial elmlər strukturlaşmış sosial münasibətlərin və təşkilatların insan davranışına təsirini tədqiq edir.Klemke, E. D., Hollinger, R., and Kline, A. D., (1980), Introduction to the book in 'Introductory Readings in the Philosophy of Science': Buffalo, New York, Prometheus Books p 11–12

İstinadlar

Seçilmiş biblioqrafiya George Devereux: From anxiety to method in the behavioral sciences, The Hague, Paris. Mouton & Co, 1967

E. D. Klemke, R. Hollinger & A. D. Kline, (eds.) (1980). Introductory Readings in the Philosophy of Science. Prometheus Books, New York. Neil J. Smelser & Paul B. Baltes, eds. (2001). International Encyclopedia of the Social & Behavioral Sciences, 26 v. Oxford: Elsevier. Mills, J. A. (1998). Control a history of behavioral psychology. New York University Press.

Xarici keçidlər

Kateqoriya:Davranış elmləri Kateqoriya:Koqnitiv elmlər Kateqoriya:Elm Kateqoriya:Yer haqqında elmlər