Els Quatre Gats ('Els Quatre Gats ("Dörd Pişik")) — "modernizm" kimi tanınan dövrdə Barselonada bir çox rəssam, musiqiçi, sənət adamlarının görüş yerinə çevrilmiş kafe. 12 iyun 1897-ci ildə məşhur binada, Casa Martidə açılmışdır. Bura Pablo Picasso və Ramon Casas i Carbo kimi tanınmış modernist sənətkarların mərkəzi görüş yerinə çevrilməsindən əvvəl hostel, bar və kabare kimi fəaliyyət göstərmiş, sonradan maliyyə çətinlikləri səbəbindən 1903-cü ilin iyun ayında bağlanmışdır. 1978-ci ildə yenidən açılmış və 1989-cu ildə orijinal formasına qaytarılmışdır. Tarixi
Pere Romeu bir müddət Parisdəki “Le Chat Noir” (Qara Pişik) kabaresində ofisiant işlədikdən sonra Barselonaya qayıtmış və burada ona bənzər kafe açmaq qərarına gəlmişdir.Els Quarte Gats: Art in Barcelona Around 1900. Princeton University Press. 1978.page 64 “Le Chat Noir” fransız dilindən tərcümədə "Qara pişik" mənasını verir, lakin katalan dilində bu ad bir az fərqli səslənir. “Els Quatre Gats” katalanca "bir neçə adam" mənasını verərək dilimizə "Dörd pişik" kimi tərcümə olunur. Bu ifadə adətən bir az qəribə görünən və yaxud yad adamları təsvir etmək üçün istifadə olunur.Barcelona.de - Catalan art nouveau from 1878 to around 1910.|http://www.barcelona.de/en/barcelona-modernisme-art-nouveau.html|2015-12-13
Pere Romeunun ideyasını dövrün ən böyük İspan modernist rəssamlarından sayılan Ramon Casas i Carbo dəstəkləmişdir. Bu işdə ona zəngin tekstil taciri Maties Ardenis və bankir Manuel Girona maliyyə dəstəyi göstərmişlər. Həmçinin, o, Santiago Rusiñol və Miguel Utrillo kimi rəssamlardan dəstək ala bilmişdir.Casa Martí - 'Els 4 gats'|http://www.barcelonaturisme.com/wv3/en/page/542/casa-marti---els-4-gats.html|2015-12-13 Ramon Casas hətta kafenin interyeri üçün xüsusi olaraq "Ramon Casas və Pere Romeu tandemdə" adlı tablo çəkmişdir. Tabloda Casas və Romeunun Barselona silueti fonunda tandem (ikiyəhərli velosiped) sürmələri təsvir edilmişdir. Tablonun sağ tərəfində yazı var:"Per anar amb bicicleta no es pot dur l'esquena dreta" ("Belini əymədən velosiped sürə bilməzsən"). Bu sitat təsisçilərin mövqeyini əks etdirir: tərəqqi əldə etmək və böyük bir iş qurmaq üçün ənənələri pozmaq lazımdır.Ramon Casas and Pere Romeu on a Tandem by Ramon Casas |https://virtualglobetrotting.com/map/ramon-casas-and-pere-romeu-on-a-tandem-by-ramon-casas.kml |2015-12-13 Tablonun orijinalı Kataloniya Milli İncəsənət muzeyində saxlanıldığı üçün kafedə onun surəti nümayiş etdirilir.
“Els Quatre Gats” kafesi 12 iyun 1897-ci ildə barseloniyalı memar Josep Puig i Cadafalch tərəfindən modernism üslubunda layihələndirilmiş məşhur Casa Martinin birinci mərtəbəsində açımışldır. Kafenin mebelləri Ramon Casanın vəsaiti ilə hazırlanmışdır, onlar müasir üslubdan daha çox orta əsrləri xatırladırdı. Kafeni təsis edən dörd nəfər təkcə ləzzətli yeməklər və içkilərlə deyil, həmçinin Rusiñolun dediyi kimi, “ruhun qidası”, yəni sənətçilərin öz işlərini və günün xəbərlərini müzakirə etmək üçün bir araya gələ biləcəkləri atmosfer yaratmaq istəyirdilər.History 4gats|http://www.4gats.com/en/historia/|website|2015-07-17 Burada həmçinin fortepiano musiqisi səslənirdi. Tez bir zamanda Casas və Rusiñol da daxil olmaqla dövrünün görkəmli modernist və bohem rəssamları, həmçinin memar Antonio Qaudi və heykəltəraş Xulio Qonzales üçün bura məşhur məkana çevrilmişdir. Kafe gənc modernist rəssamlar arasında getdikcə məşhurlaşmış və Barselonanın digər ziyalılarını özünə cəlb etmişdir. Bu adamlar kafenin divarları arasında kukla tamaşalarına, kölgə teatrına baxır, konsertlərə qulaq asır, sənət sərgilərinə və ədəbi toplantılara qatılırdılar. 1899-cu ildə, 17 yaşı olanda Pablo Pikasso tez-tez bura gəlirmiş. Hətta o, kafenin əsas salonunda özünün ilk fərdi sərgisini keçirmişdir. Hazırda kafenin qarşısındakı küçənin küncündə asılan plakat Pikasso tərəfindən çəkilmişdir.Casa Martí - 'Els 4 gats'|http://www.barcelonaturisme.com/wv3/en/page/542/casa-marti---els-4-gats.html|2015-12-13
Təəssüf ki, Romeu ağıllı iş adamı olmamışdır. O, tez-tez dostlarına endirimli qiymətlərlə yemək sifariş etməyə icazə verdiyindən, bəzən onlardan pul tələb etmədiyindən, “Els Quatre Gats" kafesi 1903-cü ilin iyun ayında bağlanmışdır. Kafenin mirası Ramon Casas və Migel Utrillonun səyi nəticəsində yaşaya bilmişdir. Onların hər ikisi kafe bağlandıqdan sonra beş il ərzində durmadan jurnallarda ədəbi rəy yazmaqla məşğul olmuşlar.
Fransisko Frankonun vəfatından və 1970-ci illərdə İspaniyada demokratik quruluşun yaranmasından sonra üç tanınmış iş adamı, Pere Moto, Rikard Alsina və Ana Verdeqer İspaniya hökumətinə yeni təkliflə müraciət edərək kafeni ilkin formasına qaytarmaq üçün səylərə başlamışlar. Onların təklifində qeyd olunurdu ki, kafenin bərpası Frankonun hakimiyyəti dövründə Kataloniyaya edilmiş zülmdən sonra böyük əhəmiyyət kəsb edərək Barselonanın mədəni mühitinə fayda verə bilər. 1978-ci ildə məşhur kafe nəhayət ictimaiyyət üçün yenidən açılmışdır və onun yerləşdiyi Casa Marti binası 1991-ci ildə əvvəlki şöhrətinə qaytarılmışdır.History 4gats| http://www.4gats.com/en/historia/|website = 4gats|2015-07-17| 2015-12-13
Kafenin yerləşdiyi binanın modernist aspektləri “Els Quatre Gats” kafesinin yerləşdiyi bina 1896-cı ildə Josep Puig i Cadafalch tərəfindən layihələndirilmişdir. Kafenin orta əsrlərə məxsus qalanın içində yerləşdiyi hiss olunur, girişin yerləşdiyi fasad isə Avropa qotikasından ilhamlanaraq yaradılmışdır. Binanın ümumi üslubu Kataloniyadan daha çox Şimali Avropaya aiddir. Bununla belə, bina Katalon Ar-Nuvo və ya Katalon Modernizminin klassik ornamental elementləri ilə bəzədilmişdir. Binanın dəmir elementləri, vitrajlar və binanın küncündəki heykəllər bunu sübut edir.Casa Martí - 'Els 4 gats'| http://www.barcelonaturisme.com/wv3/en/page/542/casa-marti---els-4-gats.html|website | 2015-12-13 Dəmir elementlər Manuel Balleriniyə Casa Martí - Els 4 Gats -Barcelona Modernista i Singular| https://sites.google.com/site/barcelonamodernistaisingular/casa-mart---els-4-gats-1|website = sites.google.com|2015-12-22, böyük hərflərdən ibarət heykəl məşhur Barselona heykəltəraşı Eusebi Arnauya Casa Martí - 'Els 4 gats'| http://www.barcelonaturisme.com/wv3/en/page/542/casa-marti---els-4-gats.html|website | 2015-12-13, Müqəddəs İosif heykəli isə başqa bir məşhur ispan heykəltəraşı Josep Llimona məxsusdur Casa Martí - Els 4 Gats. - Barcelona Modernista i Singular| https://sites.google.com/site/barcelonamodernistaisingular/casa-mart---els-4-gats-1|website | 2015-12-13. Təəssüf ki, Müqəddəs İosif heykəlinin orijinalı İspaniyada vətəndaş müharibəsi zamanı məhv edilmişdir.
1976-cı il yanvarın 9-da Casa Marti binası təbii-mədəni əhəmiyyətə malik obyekt elan edilmişdir.Cercle Artistic de Sant Lluc|http://www.santlluc.cat/index.php?lang=cat&sec=sant_lluc&men=historia&opc=seus|2015-12-13
Kafenin ədəbi icmalı 1899-cu ildə kafe ilə eyni adlı ilk ədəbi icmal nəşr etməyə başlamışdır.Quatre gats| http://www.cervantesvirtual.com/portales/quatre_gats/|website | 2015-12-13 Jurnalda bir çox modernistlərin məqalələri yer almışdır. Onların əksəriyyəti kafenin iki qurucusu Ramon Casas və Miguel Utrillo tərəfindən yazılmışdır. Ramon Casa. Coll.Isabel.2006.pages 34 İcmal kafenin özü kimi “Le Chat Noir” jurnalı əsasında hazırlanmış və Katalan modernizmi üçün bədii, ədəbi platformaya çevrilmişdir. Ədəbi icmalın məqsədi modernist rəssamlarının fikir və ideyaları haqqında Barselona ictimaiyyətini geniş məlumatlandırmaq və onların yaradıcılığı haqqında səmimi danışmaq idi. Jurnaldakı məqalələr həm ciddi, həm satirik üslubda yazılaraq modernist sənət nümunələrini barselonalılara sevdirmək məqsədi daşıyırdı. Jurnal cəmi on beş nömrə nəşr etdirildikdən sonra dayandırılmışdır. Quatre gats| http://www.cervantesvirtual.com/portales/quatre_gats/|website |2015-12-13 Ondan sonra yeni adda “Pel i Ploma” (Saç və Lələklər) jurnalı nəşr olunmuşdur. Həmin jurnal 1899-1903-cü illərdə nəşr olunmuşdur. Ondan sonra başqa bir jurnal, "Forma" nəşr edilmişdir, lakin bu jurnalın abunəsi olmamışdır. O, 1908-ci ildə fəaliyyətini dayandırmışdır. Ramon Casas və Miguel Utrillo hər üç jurnalda əsas müəlliflər olmuşlar. Kafe bağlandıqdan sonra mirası qoruyub saxlaya bilmişlər. Qalereya
Ədəbiyyat McCully, M. (1978) Els Quatre Gats: Art in Barcelona around 1900. Princeton University Press, Princeton. Els Quatre Gats: Art in Barcelona around 1900, Marylin McCully. Princeton University Press. 1978. Historia de Els Quatre Gats, Jardi Casany. Aedos. Barcelona, 1972.
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Barselona memarlığı Kateqoriya:Barselonada doğulanlar