Adel Kastiyon dü Perron (fransızca tələffüz: [adɛl kastijɔ̃]; ) — Fransa müğənnisi və aktrisası. O, 2018-ci ildən başlayaraq 2021-ci ilə qədər Fransa pop duet qrupu olan "Videoclub"da müğənni kimi fəaliyyət göstərib.

Həyatı və fəaliyyəti 24 oktyabr 2001-ci ildə Fransanın Anje şəhərində anadan olub. Kiçik yaşlarından "YouTube" platforması üçün video çəkməklə məşğul olub. 2018-ci ildə Reynaud ilə tanış olub və birlikdə "Videoclub" adlı "YouTube" kanalını yaradıblar. 31 mart 2021-ci ildə o Reynaud ilə aralarında olan münasibətlərini bitirdikdən sonra qrupu dağıdıblar.

31 may 2024-cü ildə o, reper "Gazo"nun yer aldığı "Ce Soir" adlı mahnını buraxmışdır. O, hazırda "Columbia Records" ilə əməkdaşlıq edir.

İstinadlar

Kateqoriya:Fransa müğənniləri