Vireo altiloquus — Kiçik bir sərçəyəbənzər quş növü. ABŞ-nin cənubi Florida ştatında və Venesuela sahillərinə qədər cənubda, Karib adalarında çoxalır. Qismən miqrantdır, şimal quşları Böyük Antil adalarından, Şimali Amerikaya qədər qışlayırlar. Bu növ nadir hallarda Kosta-Rikada görünür.
Xarici görünüş
Bu vireonun uzunluğu 14-15 sm, qanad açıqlığı 25 sm, çəkisi isə 17-19 qramdır. Qalın göy-boz rəngli ayaqları və güclü dimdiyi var. Yetkin "Vireo altiloquus"un üst hissəsi donuq zeytun-yaşılı, alt hissəsi isə sarımtıl rəngli çalarlara malik ağdır. Qırmızı gözləri və zəif tünd kənarları olan boz-qəhvəyi tacı var. Gözlərindən qara xətt, qaşlarının üstündən isə ağ zolaq keçir. Boynunun yanlarında xarakterik qara zolaq ("bığ") var. Cavan quşlar böyüklərə oxşayırlar, lakin onların gözləri qəhvəyi-qırmızıdır. Bu növ qırmızıgözlü vireoya oxşayır, lakin yuxarı hissəsi daha donuq və qəhvəyidir. Ən yaxşı fərqləndirici xüsusiyyəti qara "bığ"ıdır. Nəğməsi qırmızıgözlü vireonun nəğməsindən daha qısa olan üç hecalı "qamçı səsi"dir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Lui Pyer Vyeyo tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Şərqi ABŞ quşları Kateqoriya:20–24 ID olan Taksonbar