Bluvoters adası (ing. Bluewaters Island) — Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində süni ada. Bluvoters Dubay Marina yaxınlığında, Jumeirah Beach Residence sahilindən 400 m (1300 fut) məsafədə yerləşir.
Tarixi Bluvoters adasının layihəsi BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hökmdarı Məhəmməd ibn Rəşid Əl Maktum tərəfindən təsdiqlənib və 13 fevral 2013-cü ildə təqdim olunub. Tikintisinin təxmini dəyəri 6 milyard BƏƏ dirhəmidir (1,6 milyard ABŞ dolları).Work begins on $1.6bn Bluewaters island in Dubai Adanın tikintisi 20 may 2013-cü ildə başladı və 2018-ci ilin noyabr ayında açılışı oldu.
Adada əyləncə, otel, yaşayış və alış-veriş sahələri var. Bura məşhur turistik yerdir və hər il üç milyondan çox ziyarətçi qəbul edir.
Bluvoters adasında məşhur Dubay Madam Tüsso muzeyi yerləşir. Yaxın Şərqdə ilk Madam Tüsso muzeyi 2021-ci ilin sentyabrında Dubayda açılmışdır.
Ain Dubay Ain Dubay — Bluvoters adasında 250 metr (820 fut) hündürlüyü olan attraksiondır (nəhəng dönmə çarxı). Onu Dubayın gözü də adlandırırlar. Ain Dubay 2021-ci ilin oktyabr ayından bəri dünyanın ən hündür attraksionudur, əvvəlki Las-Veqasda açılan dönmə çarxından daha uzundur.
Dizayn və tikintisi Hyundai Contracting və Starneth Engineering şirkətləri tərəfindən həyata keçirilmişdir.Dubai eyes world's tallest observation wheel , CNN Travel.
Atraksion 48 kapsulda 1400 sərnişin daşıyır və Dubayın görməli yerləri — Dubay Marina, Bürc əl-Ərəb, Palm Cumeyra kimi mənzərələr təqdim edir.
İstinadlar
Xarici keçidlər
Dubai's Meraas eyes $234 mln loan for Ferris wheel scheme London Eye firms in $45.6m legal battle over Dubai Ferris wheel project The Ain Dubai observation wheel has come full circle Banyan Tree Dubai Takes Over Caesars Palace
Kateqoriya:Birləşmiş Ərəb Əmirliklərinin əmirlikləri Kateqoriya:Dubay Kateqoriya:Fars körfəzi adaları Kateqoriya:BƏƏ adaları