Müqəddəs Katerina kilsəsi () — Almaniyanın Osnabrük şəhərinin qədim hissəsində yerləşən Qotika üslubunda inşa edilmiş Yevangelist kilsəsi. Uzaqdan görünən və əsrlər boyu şəhərin görünüşünü formalaşdıran qülləsi 103 metr (338 fut) hündürlüyündədir. Tarixi XIII əsrin ilk yarısında Osnabrük şəhər qalasının divarları qarşısında, zadəganların şəhər məhkəməsinin ərazisində kiçik bir kilsə tikilib. Müqəddəs Katerina adı ilə tanınan bu kilsənin himayədar müqəddəsi, yəqin ki, Müqəddəs torpaqlardan qayıdan zəvvarların Osnabrükə gətirdiyi Müqəddəs Katerinaya olan hörmətlə əlaqədardır. Hazırkı bina təxminən 1300-cü ildən etibarən bir neçə il fasilə ilə inşa edilib. Kilsəni inşası 1500-cü illərdə əsasən tamamlanıb. 1543-cü ildə Müqəddəs Katerina kilsəsində Reformasiya tətbiq edilib. 1643-1648-ci illər arasında sülh danışıqları zamanı kilsə İsveç nümayəndəliyinə ibadət və görüşlər üçün yer kimi təqdim edilib. 1868-ci ildə kilsə qülləsinin barokko üslublu zirvəsi təmir işləri zamanı yanğın nəticəsində zədələnib. Yeni kilsə qülləsinin tikintisi 1880-ci ilə qədər davam edib.Ludwig Hoffmeyer, Ludwig Bäte, Heinrich Koch: Chronik der Stadt Osnabrück. 4. Auflage. Meinders & Elstermann, Osnabrück 1982, ISBN 3-88926-004-7, S. 827

Paul Ott emalatxanası 1961-ci ildə Müqəddəs Katerina Kilsəsinin orqanını inşa edib. Paul Ott tərəfindən hazırlanan köhnə orqanın təmiri artıq iqtisadi cəhətdən mümkün olmadığı üçün Müqəddəs Katerina Kilsəsinin kilsə şurası "Sülh Orqanı" adlı yeni bir orqanın tikintisinə qərar verib. "Sülh Orqan"ının inşası üçün maliyyə toplamaq məqsədilə şura yaradılıb. Bu şura planlaşdırma və maliyyələşdirməni Müqəddəs Katerina Kilsəsi ilə birlikdə həyata keçirib. Köhnə orqan 2022-ci ildə söküldü və Litva şəhərlərindən birinə satıldı. Homepage der Friedensorgel - "Abbau der Ott-Orgel" , retrieved 28 June 2022.

Orqan tikinti layihəsinin himayədarı keçmiş Federal Prezident Kristian Vulf və Regional Yepiskop Ralf Meister olub. Yeni orqan İsveçrənin Dietikon şəhərindən olan Metzler Orgelbau şirkəti tərəfindən inşa edilib və əvvəlcə 2018-ci ildə tamamlanması planlaşdırılırdı. Maliyyə çətinlikləri tikintinin başlamasını gecikdirdi. Sülh Orqanının birinci tikinti mərhələsi 2023-cü ilin aprelində tamamlandı. Orqanın birinci tikinti mərhələsi 9 aprel 2023-cü ildə (Pasxa Bazar günü) keçmiş Federal Prezident Vulfun iştirakı ilə Müqəddəs Katerina Kilsəsində təntənəli bir ibadət zamanı təqdim edildi. Homepage St. Katharinen - "Stehende Ovationen für die Friedensorgel", retrieved 30 April 2023. Kİlsə icması Kilsənin təxminən 7000 üzvü var. Hər birində bir kilsə icması olan iki kilsə icmasına bölünür. Pastor vəzifələri hazırda fərqli vəzifələrə malik dörd pastor arasında bölünür. Həmçinin tam ştatlı diakonessa/sosial işçi, sekston, kantor və bir neçə könüllü var. Homepage der Gemeinde - "Menschen in St. Katharinen"; retrieved 28 June 2022. Noyştandakı Lüterkirxe 1927-ci ilə qədər Müqəddəs Katerina kilsəsinin filialı idi. O, 1907-1909-cu illər arasında tikilib və art Nouveau rəsmləri ilə bəzədilib. Hazırda bu kilsə müstəqildir.

Müqəddəs Katerina kilsəsinin Osnabrükdə öz uşaq bağçası və körpələr evi fəaliyyət göstərir. Dörd müntəzəm qrupda üç yaşdan məktəb yaşına qədər 25 uşağa iki pedaqoji mütəxəssis qulluq edir..Kindertagesstätte von St. Katharinen, retrieved 28 June 2022.

Kilsə baxçasından əlavə, kilsə şəhər bağçılıq layihəsini də idarə edib. Osnabrük vətəndaşları bir neçə hündür bağda öz meyvə və tərəvəzlərini yetişdirmək imkanına malikdirlər.Katahrinen-Garten von St. Katharinen, retrieved 28 June 2022. Qalereya

İstinadlar

Xarici keçidlər

https://www.katharinen.net/ Osnabrück, St. Katharinen