Lesli Riçard Qrovs (; ) — Amerika Birləşmiş Ştatları ordusunun general-leytenantı, 1942–1947-ci illərdə nüvə silahı proqramı olan Manhetten layihəsinin hərbi rəhbəri.
Bioqrafiya Lesli Qrovs bir ordu keşişinin oğlu və XVII əsrdə Amerikaya köçən fransız hugenotların nəslindən idi. O, Vaşinqton Dövlət Universitetində və Massaçusets Texnologiya İnstitutunda təhsil alıb, daha sonra West Point hərbi akademiyasına daxil olub. 1918-ci ildə təhsilini başa vurduqdan sonra ABŞ Ordusu Mühəndislər Korpusunda xidmət etmişdir. 1922-ci ildə evlənib.
1934-cü ildən kapitan, 1936–1940-cı illərdə Baş Qərargah akademiyalarının tələbəsi, 1940-cı ildən Baş Qərargahın mayoru olub. Həmin il orduda müharibədən əvvəlki artımla əlaqədar olaraq o, polkovnik rütbəsinə yüksəldi. O, müxtəlif hərbi tikinti layihələrində, o cümlədən Pentaqonun binasının tikintisində xidmət edib və sərt, uğurlu, özünə güvənən lider kimi şöhrət qazanıb.
1942-ci ilin sentyabrında müvəqqəti olaraq müharibə vaxtı briqada generalı rütbəsinə yüksəldi və polkovnik Ceyms Marşalın yerinə atom layihəsinin hərbi rəhbəri təyin edildi. Layihəyə Manhetten kod adını Qrovs vermişdi. Qrovs layihənin rəhbəri kimi, Oak Ridge, Hanford, Los Alamos və başqa yerlərdə atom qurğularının tikinti sahələrini şəxsən seçdi və təsdiq etdi, bu müəssisələrin tikintisini və təchizatını təşkil etdi. Qrouvsun hərbi üsulları (layihəni axmaqların və kretinlərin bahalı toplantısı adlandırır) bir çox alimləri qıcıqlandırsa da, Robert Oppenheymerin layihənin elmi rəhbəri təyin edilməsində israrlı o idi. left|thumb|200x200px|Qrovsun nəzarəti altında tikilmiş nüvə obyektləri Yaponiyanın ilk atom bombası üçün hədəfləri seçərkən Qrovs Kyotonun məhv edilməsini müdafiə etmişdi.
Müharibədən sonrakı islahatlar Qrovsun əleyhdarlarını hakimiyyətə gətirdi və 1947-ci ilin yanvarında Manhetten layihəsi ordunun məsuliyyət sferasından çıxarılaraq mülki yurisdiksiyaya verildi. Los Alamosda qısa bir xidmətdən sonra layihədən təsirli şəkildə uzaqlaşdırılan Qrovs 1948-ci ildə təqaüdə çıxdı və yerini cəbhə generallarına verdi. 1961-ci ilə qədər Qrovs hərbi sənaye korporasiyası Sperry Randın vitse-prezidenti vəzifəsində çalışmış; 1962-ci ildə "İndi bu barədə danışmaq olar" adlı xatirələr kitabını nəşr etmişdir (SSRİ- də 1964-cü ildə nəşr olunub).
O, ürək tutmasından vəfat edib və Arlinqton Milli Qəbiristanlığında dəfn edilib.
Kinoda təcəssümü "Oppenheymer" filmi (Oppenheimer) (ABŞ, 2023) — Matt Deymon
İstinadlar
Ədəbiyyat
Kateqoriya:ABŞ general-leytenantları Kateqoriya:Arlinqton milli qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:ABŞ Hərbi Akademiyasının məzunları Kateqoriya:ABŞ Ordusunun Müharibə Kollecinin məzunları Kateqoriya:İkinci dünya müharibəsi Zəfər medalı ilə təltif edilənlər Kateqoriya:"Ləyaqət legionu" ordeninin legioner dərəcəsi ilə təltif olunanlar Kateqoriya:"Görkəmli xidmətə görə" medalı ilə təltif olunanlar Kateqoriya:Vaşinqtonda vəfat edənlər Kateqoriya:1970-ci ildə vəfat edənlər Kateqoriya:13 iyulda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1896-cı ildə doğulanlar Kateqoriya:17 avqustda doğulanlar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri