Amaurospiza concolor (Mavi toxumyeyən) və ya Kabanis toxumyeyəni — "Cardinalidae" fəsiləsinə aid olan bir quş növü. Cənubi Meksika ilə Mərkəzi Amerikada rast gəlinir. Ekvador toxumyeyəni ("Amaurospiza aequatorialis") əvvəllər onun yarımnövü hesab edilirdi.

Təsvir "Amaurospiza concolor" 11,5–14 sm uzunluğunda və 12–15 qram çəkisindədir. Nominal erkək fərd tamamilə boz-mavi rəngdədir. Dişi fərdin üst hissələri darçını rəngində, alt hissələri isə qəhvəyi rəngdədir. "A. c. relicta" yarımnövünün erkək fərdi nominaldan daha boz (daha az mavi) rəngdədir və qara lələklərə malikdir; dişi fərd isə daha açıq darçını rəngindədir.Ramos-Ordoñez, M. F., C. I. Rodríguez-Flores, C. A. Soberanes-González, M. d. C. Arizmendi, A. Jaramillo, and T. S. Schulenberg (2020). Blue Seedeater (Amaurospiza concolor), version 1.0. In Birds of the World (T. S. Schulenberg, Editor). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.blusee1.01 retrieved 16 may 2021 Mahnı və çağırışlar müxtəlif şəkildə təsvir edilmişdir.

Həmçinin bax Amaurospiza moesta

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1861-ci ildə təsvir edilən quşlar Kateqoriya:1861-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Kardinallar (quşlar) Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Meksika quşları