Marvar atı və ya Marvari, həmçinin Melani — Hindistanın Marvar bölgəsindən olan nadir at cinsi. O, ekzotik formalı qulaqları və dözümlülüyü ilə tanınır. Marvar Kathiyavaridən gələn hind cinsinə çox bənzəyir. Marvar yerli hind ponilərinin ərəb atı ilə, ehtimal ki, həmçinin monqol atının çarpazlaşması nəticəsində yaranıb.
Tarixi 250px|thumb|right|Marvar atı süvari ilə Tarix boyu Marvar bölgəsinin sakinləri tərəfindən süvari atı kimi istifadə edilən Marvar atları, döyüşdə sədaqəti və cəsarəti ilə tanınıb. 1930-cu illərdə zəif idarəetmə təcrübəsi nəticəsində yetişdirmə ehtiyatları azaldığı üçün bu cinsin sayı azalıb. Lakin hazırkı dövrdə yenidən populyarlıq qazanmağa başlayıb. Marvar atları yüngül yük daşıma, kənd təsərrüfatı işləri, həmçinin minik və yük daşıma üçün istifadə olunur.
Marvar atlarının mənşəyi qeyri-müəyyəndir. Bu cinsin Rajastanın Marvar və Mevar bölgələrindəki Rajput döyüşçülərinin döyüş atlarından törədiyi güman edilir. Bundan əlavə, bu növ atın yetişməsində XVI əsrdə Moğol işğalçıları tərəfindən bölgəyə gətirilən Türkoman tipli atların da təsiri olub.
Taksonomiyası Bu cins Qucaratın Kathiavar yarımadasından olan Kathiavari cinsi ilə yaxından əlaqəlidir və onunla qulaqlarının qeyri-adi daxəri əyilmiş formasını bölüşür. Bu at cinsində bütün at rəngləri, o cümlədən ala və qəhvəyi rənglər də mövcuddur. Marvar atları davamlı minik atlarıdır və təbii bir yeriş gedişi nümayiş etdirə bilərlər.
Xüsusiyyətləri Marvar atlarının cidar boyu orta hesabla erkəklərdə 150 sm, madyanlarda isə 140 sm təşkil edir. Onların dəri rəngi istənilən ola bilər, lakin ən çox tünd və ya açıq doru rəngdə olur. Bəzən isə Akhal-Teke atlarında tez-tez görülən metalik parıltıya malik olur. Həmçinin boz, kəhrəba, bəzən isə palomino, ala və ya qəhvəyi rəngdə də ola bilərlər. Ağ rəngli atlar qeydiyyata alınmır. Boz atlar uğurlu hesab olunur və ən qiymətli sayılır, ala və qəhvəyi rəngli atlar isə ikinci ən üstünlük verilənlərdir. Qara atlar uğursuz hesab olunur, çünki bu rəng ölüm və qaranlığın simvoludur. Alın nahiyəsində ağ ləkə və dörd ağ dırnağı olan atlar isə uğurlu sayılır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Marwari Bloodlines website