Trimeresurus erythrurus — Ümumi adları ilə "qırmızıquyruq bambuk çuxurbaş ilanı",Gumprecht A, Tillack F, Orlov NL, Captain A, Ryabov S. 2004. Asian Pitvipers. GeitjeBooks. Berlin. 1st Edition. 368 pp. . "qırmızıquyruq çuxurbaş ilan" və ya "qırmızıquyruq pitviper", Cənubi Asiya və Myanmada tapılan zəhərli bir çuxurbaş ilan növü. Hal-hazırda heç bir yarımnövü tanınmır.

Təsvir Erkəklər maksimum 575 mm ümumi uzunluğa çatır, quyruq uzunluğu isə 120 mm-dir. Dişilər isə maksimum 1,045 mm ümumi uzunluğa və 165 mm quyruq uzunluğuna malik olur. Pulcuq quruluşu: orta bədəndə 23–25 uzununa sıra dorsal pulcuq; birinci üst dodaq pulcuğu qismən və ya tamamilə nasal pulcuqla birləşir; 9–13 üst dodaq pulcuğu, 1–2 sıra pulcuq üst dodaq pulcuqlarını subokulyarlardan ayırır; supraokulyarlar arasında 11–14 pulcuq var; supraokulyarlar nadir hallarda bölünür; temporal pulcuqlar kiçik və güclü kələzlidir; ventral pulcuqlar: erkəklərdə 153–174, dişilərdə 151–180; subkaudal pulcuqlar: erkəklərdə 62–79, dişilərdə 49–61, adətən cütlü, bəzən cüt sıralar arasında tək qalxanlar olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1839-cu ildə təsvir edilən sürünənlər Kateqoriya:Hindistan sürünənləri Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1839-cu ildə təsvir edilən heyvanlar Kateqoriya:Asiya sürünənləri