Şinozavr (), rəsmi adı ilə "Əjdaha" incəsənət konstruksiyası – 1971-ci ildə (bəzi mənbələrə görə 1987-ci ildə) Moskvada tikilmiş, kommunal incəsənətin bir nümunəsi olan incəsənət əsəri. 2022-ci ildə sakinlərin etirazlarına və rəsmilərin onu saxlamaq barəsindəki vədlərinə baxmayaraq sökülmüş və yerində yaşıl əjdaha quraşdırılmışdır. Moskvaşünas Pavel Qnilorıbova görə Moskva şinozavrı bütün Rusiyada tanınırdı və "kommunal incəsənətin ən məşhur obyekti" hesab olunurdu.
Tarix Rəsmi məlumatlara görə "Şinozavr" 1971-ci ildə tikilmişdir, lakin yerli sakinlərin xatirələrinə görə əsər 1987-ci ildə və ya 1990-cı illərin əvvəlində ortaya çıxmışdır. Sakinlərin məlumatına görə "Şinozavr" qonşu qarajlardakı avtomobil həvəskarları tərəfindən yaradılmışdır və hazırlanmasında istifadə olunan avtomobil şinləri Myovniki küçəsinin qarşısında yerləşən Q. L. Krauze adına 1 saylı avtokombinatın ərazisindən gətirilmişdir. "Şinozavr" növbəti 30 il ərzində yerli sakinlərin sevimlisinə çevrilmiş, uşaqların istirahət fəaliyyətlərinin tərkib hissinə daxil olmuşdur."Я лазал по этому шинозавру все детство" Обладатель татуировки с шедевром ЖЭК-арта — об уничтоженной достопримечательности // The Village
2022-ci ildə Myovniki küçəsinin bir hissəsində yerləşən binaların arasındakı həyətdə abadlaşdırma işlərinin aparılmasına dair plan yayımlanmışdır. Rəsmilər yenidənqurma işləri zamanı "Şinozavr"a toxunmayacaqlarını bildirmişlər. Buna baxmayaraq, "Şinozavr" 6 iyul 2022-ci ildə sökülmüş və yerində yaşıl əjdaha heykəli quraşdırılmışdır.
Xüsusiyyətlər Konstruksiyanın əsasını müəyyən bucaq altında əyilmiş və bir neçə daha qısa boru ilə qaynaq edilmiş polad boru təşkil edirdi. Borunun ən yuxarıda yerləşən hissəsinə eninə dəmir parça qaynaq olunmuşdu və bundan sonra boru qövs şəklində aşağı əyilərək rezin "dil" ilə tamamlanırdı. Borunun bütün uzunluğu boyunca üzərinə müxtəlif diametrli (minik avtomobilindən tutmuş traktor təkərinə qədər) təkərlər keçirilmişdi.
2000-ci illərin ortalarında təkərlər parlaq rənglərə boyanmışdır (əvvəlcə bənövşəyi və qırmızı, daha sonra mavi, sarı və qırmızı rənglər istifadə olunmuşdur). Bundan öncə konstruksiya qara rəngdə idi. Ümumilikdə, konstruksiyanın uzaqdan görünüşü Lox-Ness bədheybəti ilə müqayisə olunurdu.
İrsi Yerli sakinlər "Şinozavr"ı elə çox sevirdilər ki, onun təsvirlərini döymə kimi vurdururdular. "Şinozavr" Lipetsk sənətçilərinə bənzər bir heykəli yaratmaq üçün ilham mənbəyi olmuşdur. Bundan sonra "şinozavr" sözü bənzər heykəlləri bildirmək üçün istifadə olunmağa başlamışdır.Эколого-просветительская деятельность библиотеки , ГБУК "Ставропольская краевая универсальная научная библиотека им. М. Ю. Лермонтова", Ставрополь, 2017 "Traktor şinlərindən hazırlanmış əjdaha" heykəli Kommunal İncəsənət Muzeyinin kolleksiyasına daxil edilmişdir.
2022-ci ildə dizayner Arina Ştolts kommunal incəsənət əsərlərinin, eləcə də, Moskva şinozavrının təsvirlərinin olduğu geyim kolleksiyası təqdim etmişdir.
Həmçinin bax Şin parkı – Yaponiyada avtomobil şinlərindən hazırlanmış Qodzilla heykəlinin yerləşdiyi park.
İstinadlar
Kateqoriya:Moskvanın görməli yerləri Kateqoriya:Nəqliyyat vasitəsi şini Kateqoriya:2022-ci ildə ləğv olunanlar Kateqoriya:Küçə sənəti