Lenomyrmex — Myrmicinae yarımfəsiləsinə aid qarışqa növü. Ümumi məlumat Lenomyrmex qarışqası neotropikal qarışqa nəslinə aiddir. Bu nəsil altı nadir toplanmış növü özündə birləşdirir və Kosta Rikadan Ekvadora qədər olan ərazilərdə yayılmışdır. Növlərə dəniz səviyyəsindən 1800 metr yüksəkliyə qədər olan ərazilərdə rast gəlini. Lakin onların yaşayış məskəni əsasən 1100–1500 metr yüksəklikdə məhdudlaşır.

Onların uzunluğunu təqribən 3-4 mm olur. Başları iri və gövdələri əyilmiş şəkildədir. Bığları da uzundur.

Növləri Lenomyrmex colwelli Longino, 2006 Lenomyrmex costatus Fernández & Palacio, 1999 Lenomyrmex foveolatus Fernández & Palacio, 1999 Lenomyrmex hoelldobleri Lenomyrmex inusitatus (Fernández, 2001) Lenomyrmex mandibularis Fernández & Palacio, 1999 Lenomyrmex wardi Fernández & Palacio, 1999

Lenomyrmex növləri arasında kraliça təbəqəsi yalnız L. mandibularis, L. wardi və L. inusitatus üçün təsvir edilmişdir.

Lenomyrmex mandibulaların qeyri-adi morfologiyası, onların ixtisaslaşmış yırtıcı olduğunu göstərir. Bu davranış, onun nadir olması və məhdud yüksəklikdə yayılması ilə əlaqəli ola bilər. Kraliça və işçi fərdlər arasında zəif dimorfizm mövcuddur, bu da kiçik koloniya ölçülərini və müstəqil koloniya qurmağın olmamasını göstərir. Bir araşdırmada yerdə yatan ölü ağacların və torpaq nümunələrinin diqqətlə yoxlanılması L. inusitatus-un heç bir yuvasını aşkar etməmişdir. Bu və həm işçi, həm də qanadsız kraliçaların yarpaq tullantılarından (Vinkler metodu ilə) çıxarılması faktı göstərir ki, bu növ yarpaq tullantılarında yuva qurur və yemək axtarır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar