Abşeron dənizi — çağdaş Qara dəniz, Azov dənizi, Xəzər dənizi, Aral dənizi, aşağı Volqa bölgəsi, Türkmənistan və Qazaxıstan ərazilərində bəzi mənbələrə görə 1,7 ilə 1 milyon il bundan əvvələ, digər mənbələrə görə isə bundan təxminən 1,8–0,7 milyon ilə qədər mövcud olmuş Ağçağıl dənizindən əmələ gələn qədim dəniz.

Təsviri Abşeron transqressiyasının başlanğıcında hövzə duzlu su hövzəsinə çevrilir.

Abşeron dənizinin sahəsi 835.000 km2, axan suyun həcmi 668 km3/il, dəniz səviyyəsi isə 80–60 m olduğu güman edilir.

Abşeron dənizi Volqa çayı boyunca Volqoqrad vilayətinin şimalındakı bugünkü Kamışin şəhərinə, Ural çayı boyunca Qazaxıstanın Uralsk şəhərinə qədər qalxdığı hesab olunur. Hesablamalara görə, bu dənizin suları Qafqaz yaxınlığındakı düzənlikləri doldurur, gələcək Qərbi Manıç çayı üzərindən Qara dənizlə birləşir, digər ucu isə Aral dənizi ilə məhdudlaşırdı.

Abşeron dənizi geri çəkildikcə, onun şimal sahilində Güney Tayqada rast gəlinən meşələr bitdiyi güman edilir. Dördüncü dövrün "Erkən Pleystosen" adlanan birinci hissəsi Abşeron dövranına uyğun hesab olunur.

İstinadlar

Kateqoriya:Pleystosen epoxası Kateqoriya:Xəzər dənizi Kateqoriya:Paleocoğrafiya Kateqoriya:Qara dəniz