Plocealauda microptera (Burma kolluq torağayı) — "Alaudidae" fəsiləsinə aid olan və Cənub-Şərqi Asiyada tapılan bir torağay növü.

Taksonomiya və sistematika

"Plocealauda microptera" əvvəllər "Benqal kolluq torağayı"nın yarımnövü kimi qəbul edilirdi, lakin İsveç ornitoloqu Per Alström tərəfindən aparılan genetik təhlildən sonra ayrı bir növ kimi tanındı. Əvvəllər "Mirafra" cinsinə daxil edilsə də, 2023-cü ildə nəşr edilən geniş molekulyar genetik araşdırmanın nəticələrinə əsasən yeni yaradılmış "Plocealauda" cinsinə köçürülən beş növdən biridir. Bu növ monotipikdir, heç bir yarımnöv tanınmır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Torağaylar Kateqoriya:1873-cü ildə təsvir edilən quşlar Kateqoriya:Allan Oktavian Hum tərəfindən adlandırılmış taksonlar