Daşrat Manci (; ) və ya "Dağ adamı" () — Hindistanın Bihar ştatının Qaya şəhəri yaxınlığında yerləşən Gehlor () kəndində kasıb bir ailədə anadan olmuşdur. Onun ailəsi aşağı kastalardan biri olan musahar icmasına mənsub olmuşdur.

Daşrat Mancinin həyat yoldaşı Falquni Devi lazımi tibbi yardımı vaxtında ala bilmədiyi üçün vəfat etmişdir. Çünki onların kəndindən yaxınlıqdakı tibbi yardım göstərilən şəhərə yol Gehlor Qanj () adlı uzun dağ silsiləsinin ətrafından keçirdi və bu məsafə 70 kilometrdən çox idi.

Arvadının taleyini başqa heç kimin yaşamamasını istəyən Daşrat təkbaşına möhkəm kvarsit süxurlarından ibarət olan bu dağ massivini yararaq 110 metr (360 fut) uzunluğunda, 9,1 metr (30 fut) enində və 7,6 metr (25 fut) dərinliyində keçid açmışdır. O, bu işi hər gün fasiləsiz olaraq 22 il ərzində — 1960-cı ildən 1982-ci ilə qədər — davam etdirmişdir. Nəticədə Qaya rayonunun Atri () və Vəzirqan () regionları arasındakı məsafə 70 kilometrdən cəmi 1 kilometrə enmişdir.

Daşrat Manci 17 avqust 2007-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Onun dəfni Bihar ştatı hökuməti tərəfindən təşkil edilmiş və bu, onun xidmətlərinə verilən rəsmi qiymət olmuşdur.

2011-ci ildə Daşratın açdığı keçiddən keçən abadlaşdırılmış yol çəkilmişdir.

Xatirəsi

2016-cı il dekabr ayının 26-da Hindistan poçtu "Biharın tanınmış şəxsləri" seriyasından Daşrat Mancinin portreti ilə marka buraxmışdır.

Populyar mədəniyyətdə

2010-cu ilin iyul ayında hindistanlı kinorejissor Maniş Cha Daşrat Mancinin hekayəsinə əsaslanan «Manci» () adlı film çəkmək niyyətində olduğunu açıqlamışdır. Filmin prodüseri 2010-cu ildə çəkilmiş «Udaan» filmi ilə tanınmış Sancay Sinqh olmuş, baş rolu isə aktyor Manoj Baypai ifa etməli idi. Daşrat Mancinin hekayəsi həmçinin "Satyamev Jayate" adlı televiziya şousunun bir buraxılışında da təqdim olunmuşdur.

2015-ci il avqust ayının 21-də hindistanlı kinorejissor Ketan Mehtanın Daşratın həyatına həsr olunmuş "Manci — dağ adamı" () adlı bioqrafik filmi dünya ekranlarına çıxmışdır. Filmdə baş rolu isə Navazuddin Siddiqi ifa etmişdir.

Əsərlər

Qalereya

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

— Daşrat Mancinin Racgir təpələrinin süxur massivində açdığı keçidin yerləşdiyi yer