Tənzilə Ərdoğan (3 may 1924, Rizə, Dumankaya - 7 oktyabr 2011, Kadıköy, İstanbul) — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın anası.

Həyatı Tənzilə Ərdoğan (evlilikdən əvvəlki soyadı Mutlu) 3 May 1924-cü ildə Türkiyənin Rizə ilinin Dumankaya kəndində anadan olub. İbtidai məktəbi Rizədə bitirib. Ankarada orta məktəbdə oxuyan Tənzilə xanım daha sonra anasının istəyi ilə təhsilini yarımçıq qoyub. 1947-ci ildə İstanbulda Əhməd Ərdoğanla ailə həyatı qurub. Onların övladı Rəcəb Tayyib 1954-cü ildə İstanbulda, Bəyoğlu ilinin Kasımpaşa tarixi rayonunda dünyaya gəlib.

Həyat yoldaşı rəhmətə gedəndən sonra müəyyən müddət Rifah Partiyasının qadın təşkilatında və Rifah Partiyasının İstanbul vilayət qadın təşkilatının rəhbəri vəzifəsində çalışıb.

Tənzilə Ərdoğan 7 oktyabr 2011-ci ildə müalicə aldığı İstanbul Kadıköy Medipol Universiteti xəstəxanasında 87 yaşında vəfat etdi.Başbakan Erdoğan'ın annesi vefat etti

Cənazə namazı İstanbulun Fatih məscidində qılınıb. Qaracaəhməd qəbiristanlığında dəfn edilib.

Xatirəsi

Tənzilə Ərdoğan adına Rizə Güneysu Dövlət xəstəxanası "DÖNER SERMAYELİ SAĞLIK İŞLETMELERİ: TESPİTLER VE ÖNERİLER" Tənzilə Ərdoğan adına Üsküdar Qız Anadolu İmam Hatip liseyi

İstinadlar

Kateqoriya:Türkiyə qadınları Kateqoriya:Rəcəb Tayyib Ərdoğan