thumb|300x300px|Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun loqosu thumb|300x300px|Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun xəritəsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Trans-Caspian International Transport Route) və ya Orta Dəhliz (Middle Corridor) — Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə keçən beynəlxalq nəqliyyat dəhlizi. Marşrut həmçinin Böyük İpək Yolunun müasir reallıqlarda dirçəlişi olan "Kəmər və Yol" beynəlxalq layihəsini inkişaf etdirir.

Xüsusiyyətləri Marşrut: Çin (Lianyunqanq limanından Sian vasitəsilə Urumçiyə) — Qazaxıstan (Qorqos və Dostıq quru limanlarından Aktau və Kurık limanlarına) — Azərbaycan (Ələt limanı) — Gürcüstan (Tbilisi). Tiflisdən sonra marşrut Gürcüstanın Poti limanına və Qara dəniz vasitəsilə Avropanın dərinliklərinə, yaxud Tbilisidən BTQ ilə Türkiyəyə (Qars, İzmit, Mersin, Çerkezköy) davam edərək Avropa ölkələrinə çata bilər.

Marşrut boyu konteyner daşımaları həyata keçirilir. Dəmir yolu və dəniz nəqliyyatından (Xəzər dənizi ilə) istifadə olunur.

Ötürmə qabiliyyəti ildə 10 milyon ton yük, o cümlədən 200 min konteynerə qədərdir.

Qatarlar həftədə üç dəfə yola düşür. Quru hissədə orta səyahət müddəti 12–15 gündür. Altınkol stansiyasından Abşerona (Bakı) — 9 gün, Poti və ya Batumiyə — 12 gün, Konstansaya — 22 gün.

Fəaliyyət Orta dəhliz 2017-ci ildə fəaliyyətə başlayıb.

2021-ci ildən neft-kimya məhsulları, qara və əlvan metallar, kömür, ferroərintilər və kənd təsərrüfatı məhsullarını nəql edir. Yüklərin konteyner daşınması həyata keçirilir. +Nəqliyyat statistikası il min TEU konteyner milyon ton 2017 9.0 1.3 2018 15.2 1.0 2019 26.0 0.8 2020 21.0 0.8 2021 25.2 0.6 2022 33.6 1.5 2023 20.2 2.7 2024 56.5 3.3 2022-ci ildən, Rusiyanın Ukraynaya hücumu və daha sonra Qırmızı dənizdə husilərin hücumları nəticəsində ticarət yollarının pozulmasından sonra marşrutun performansı yüksəlib.

2023-cü ilin oktyabrında Tbilisidə keçirilən İpək Yolu forumunda Gürcüstan, Qazaxıstan və Azərbaycan Çindən Avropaya və Türkiyəyə tranzit daşımaların səmərəliliyini artırmaq üçün nəzərdə tutulmuş Middle Corridor Multimodal Ltd adlı vahid birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıblar. Birgə şirkət müştərilər üçün bir pəncərədən xidmət göstərməyə imkan verir və yüklərin çatdırılma müddətlərinə zəmanət verir.

2029-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının 300 min TEU-ya qədər artırılması planlaşdırılır.

İstinadlar

Kateqoriya:XXI əsrdə beynəlxalq müqavilələr Kateqoriya:Beynəlxalq müqavilələr