Meqan Enn Moroni () — ABŞ-li müğənni-bəstəkar. O, 2022-ci ildə "Tennessee Orange" adlı mahnısını ictimaiyyətə təqdim edib və bu əsər ölkənin "Hot Country Songs" musiqi hit-paradında 10-cu pilləyə qədər irəliləyib. İfaçının yaradıcılıq fəaliyyətində ilk studiya albomu olan "Lucky" 2023-cü ilin may ayında "Billboard 200" reytinq siyahısında 40-cı yerə yüksəlib.
İlk dövrləri Meqan Enn Moroni 1997-ci il 9 oktyabr tarixində ABŞ-nin Savanna şəhərində (Corciya ştatı) anadan olub. İfaçı iki qardaşı ilə - Konnor və Brayan ilə birlikdə böyüyüb. Qardaşlarından Brayan hüquq təhsili alaraq hazırda hüquqşünas kimi fəaliyyət göstərir. M. Moroni Corciya ştatının Duqlasvill şəhərində yaşayıb və təhsilini burada alıb. Uşaqlıq dövründən musiqiyə maraq göstərib, piano ifaçılığı ilə məşğul olub və kantri janrını dinləyib. Robert S. Aleksander adına orta məktəbdə təhsil aldığı müddətdə məktəbin "cheerleading" qrupunda və məktəbin teatr dərnəyində fəaliyyət göstərib. Ali təhsilini Corciya Universitetində (Atens şəhəri) alıb. Universitet təhsili zamanı Kappa Delta adlı tələbə təşkilatının üzvü olub. İlkin olaraq mühasibatlıq ixtisası üzrə təhsil alsa da, sonradan ixtisasını dəyişərək marketinq sahəsini seçib. 2020-ci ildə universitetdə bakalavr pilləsini başa vurub. Eyni zamanda musiqi biznesi üzrə əlavə sertifikat proqramını da tamamlayıb.
Diskoqrafiya Studiya albomları Lucky (2023) Am I Okay? (2024)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:XXI əsr ABŞ qadınları