thumbMişelin ulduzu () və ya Michelin Red Guide)— restoranların kulinariya keyfiyyətini qiymətləndirmək üçün istifadə olunan beynəlxalq reytinq sistemidir.

Tarixi Michelin ulduzu restoranlara anonim inspektorlar tərəfindən verilən qiymətləndirmədir. Sistem yalnız yeməyin keyfiyyətinə əsaslanır və xidmət, interyer və ya restoranın populyarlığı kimi amillər əsas meyar sayılmır. Qiymətləndirmə nəticəsində restoranlar bir, iki və ya üç ulduzla təltif edilir. Michelin 1926-cı ildən etibarən restoranlara ulduzlarla mükafat verməyə başladı. Başlanğıcda yalnız bir ulduz verilirdi. Lakin, 1931-ci ildə sıfır, bir, iki və üç ulduzdan ibarət iyerarxiya tətbiq olundu. 1936-cı ildə isə, restoranların qiymətləndirilməsində istifadə olunan reytinq meyarları dərc olundu:

frameless|27x27px Bir ulduz: Yüksək keyfiyyətli mətbəxə malik restoran frameless|42x42pxİki ulduz: Yemək üçün istiqamət dəyişməyə dəyər restoran frameless|75x75pxÜç ulduz: Yalnız həmin restoran üçün səfər etməyə dəyər yüksək səviyyəli kulinariya məkanı

İstinadlar Kateqoriya:Reytinqlər Kateqoriya:Restoranlar Kateqoriya:Qastronomiya