Bitis arietans (Puf adder ilanı) — Afrika və qərbi Ərəbistanın savanna və çöllərində yayılmış yüksək dərəcədə zəhərli bir gürzə növü. Bu növ, geniş yayılması, sıx məskunlaşmış ərazilərdə tez-tez rast gəlməsi və aqressiv davranışı ilə əlaqədar olaraq Afrikada ən çox ölümlə nəticələnən ilan dişləmələrinə səbəb olur... Bütün digər gürzələr kimi, bu növ də zəhərlidir. Hazırda iki yarımnöv tanınır, o cümlədən burada təsvir edilən nominativ yarımnöv.

Təsvir

Bu ilanın tipik uzunluğu (bədən və quyruq daxil olmaqla) təxminən 1.0 m (39.3 düym) və çox möhkəm quruluşludur. 190 sm (75 düym) uzunluğunda, 6.0 kq (13.2 lb) çəkidə və 40 sm (16 düym) qalınlığında nümunələr qeydə alınıb. Səudiyyə Ərəbistanından olan nümunələr daha kiçik olur, adətən 80 sm (31 düym) uzunluğu keçmir. Erkəklər ümumiyyətlə dişilərdən daha böyük olur və nisbətən daha uzun quyruğa malikdir.

İstinadlar

Xarici keçidlər

Accessed 9 December 2006. . Accessed 1 March 2007. Image of B. arietans bite that resulted in fasciotomy at South African Vaccine Producers. Accessed 26 July 2008. Birds mob Puff Adder – paper in ejournal Ornithological Observations

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika ilanları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1820-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Afrika sürünənləri Kateqoriya:Asiya sürünənləri