Əbdürrəzzaq ibn Əli ibn Hüseyn Lahici (ö. təqribən 1072 h.q./ m.1662) Səfəvi ilahiyyatçısı, şair və filosof. Onun fəlsəfə müəllimi qayınatası Molla Sədra olmuşdur.

Həyatı Əslən Gilan əyalətinin Lahican şəhərindəndir, lakin ömrünün böyük hissəsini Qum şəhərində keçirmişdir. Əbdürrəzzaq həm də Molla Möhsün Feyz Kaşani ilə birlikdə Molla Sədranın kürəkəni idi.SAJJAD H. RIZVI in Josef Meri, p.531.2006 Oğlu Həsən Lahici də Səfəvi dövrünün tanınmış ilahiyyatçısı və filosofu kimi şöhrət qazanmışdır.Ostadi Reza, Hasan Lahiji and his cradle of certainty, p.88, Mirath Javid Magazine (fars dilində) Seyid Hüseyn Nəsr onu İranın mühüm intellektual simaları sırasında qeyd edir.Nasr in Expectation of the Millennium : Shiìsm in History, p.165.1989 Əbdürrəzzaq, mahiyyətin əsaslığı ilə varlığın əsaslığı arasındakı mübahisədə Molla Sədra ilə həmfikir olmuşdur.Morris Zailan, Revelation, Intellectual Intuition and Reason in the Philosophy of Mulla Sadra: An Analysis of the Al-hikmah Al-'arshiyyah, p.196.1392 Ap.

Əsərləri

''Göhər-e murad'' (Tehran, 1271 h.q.) – onun fikirlərini ətraflı izah edən əsəri; ''Sarmaye-ye iman'' - İmanın sərmayəsi. ''Divan'' – şeirlər toplusu ''Təşriqat'' – üç risalədən ibarət: tanrı birliyi, ədalət və məhəbbət haqqında.

Müəllimlik fəaliyyəti və tələbələri Madelunqun məlumatına görə, Əbdürrəzzaq Qumda yerləşən Məsumiyyə mədrəsəsində dərs demişdir. Onun görkəmli tələbələri sırasında oğulları Həsən və İbrahim, həmçinin Qazi Səid Qumi olmuşdur.

Fəlsəfəsi Lahici İslam kəlam elminin transformasiya mərhələsinin son nümayəndələrindən hesab olunur. Bu mərhələdə ''Kəlam'' sistemi yavaş-yavaş İbn Sina məktəbinıin təsiri altında formalaşan ''fəlsəfə'' ilə əvəz olunurdu. Lahici əslində kəlamı hikmətə yaxın bir formaya gətirmişdir. Bununla belə, onun əsərlərində – xüsusilə ''Göhər-e murad''da – Molla Sədranın bəzi əsas doktrinal baxışlarına, məsələn, ''Varlığın vahidliyi'' və ''təsəvvür qüvvəsinin təmizlənməsi'' nəzəriyyəsinə tabe olmamışdır.Cambridge History of Iran, cild 6 – The Timurid and Safavid Periods, s.691

İstinadlar

Kateqoriya:İslam filosofları Kateqoriya:Səfəvi teoloqları